Misli Premyer Liqasının 20-ci turunda keçirilən "Kəpəz" - "Qarabağ" oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bölüşüb:
- Futbolçularımı təbrik edirəm. Gərgin oyun oldu. Vacib 3 xal qazandıq. Qarşımızda ciddi, intizamlı oyun göstərən rəqib var idi. Vacib geridönüş oldu. Belə qələbələr futbolçulara daha çox motivasiya verir. Hər iki komandanın azarekşlərinə təşəkkür edirəm.
- Oyunda nədən narazı qaldınız?
- Az epizodlar oldu ki, narazı qaldım. Səfərlər olur ki, öz oyununu istədiyin kimi sərgiləyə bilmirsən. Tovuz, Qəbələ də bu səfərlərdəndir. Yenə də oyunçularım ciddi və diqqətli idilər.
- Buraxdığınız qolu necə şərh edərdiniz?
- Şərh olunacaq nəsə yoxdur. Qapıçı ilə Bəhlul toqquşdu. Əsas rəqibin oyunçusunun ustalığıdır. Belə qollar az hallarda olur. "Araz-Naxçıvan"la oyunda da belə qol buraxmışdıq. Rəqib oyunçusuna “bravo” düşür.
- Benzianın epizodunu necə dəyərləndirirsiniz? Sizcə, orada qırmızı vərəqə var idi və oyunçunun vəziyyəti necədir?
- Fikir bildirə bilərəm, amma hakimlərin qərarı olmalıdır. Oyun vaxtı VAR monitoruna göz gəzdirdim, düşündüm ki, “qırmızı”dır. Amma soyunub-geyinmə otağına gəldim, qapıçılarımız Andrey Lunyovla Amin Ramazanov dedi ki, orda qırmızı vərəqə yoxdur, qapıçı sadəcə topun qarşısını kəsmək istəyir. Onlara dedim “qırmızı”dır, amma onlar yenə də razılaşmadılar. Hakimin qərarıdır. İstəmərəm hansısa komanda azlıqda qalsın.
- Riçard Almeydanın yerdə qaldığı epizodda Marko Veşoviç etiraza qorə sarı vərəqə gördü. Bundan sonra Bədavi onunla çox aqressiv danışdı. Onu bu davranışına görə əvəzlədiniz?
- Yox, Bədaviyə heç nə olmaz. Qoy, aqressiv danışmağı öyrənsin. Bu günə qədər danışmayıb. Dəyişikliyi planlaşdırmışdıq.
- Hələ yanvardır və 2-ci yerdən 17 xal qabaqdasınız. Bu durumda hazırlaşmaq komandaya necə təsir edir?
- Deməzdim təsir edir. Proqramımız olduğu kimi davam edir. Məndən kənarda hər hansı futbolçuda arxayınlıq varsa, onu aradan qaldırmağa çalışacağıq. Oyunumuzu yaxşılaşdırmağa ehtiyacımız var. İnanmıram belə düşüncə ilə oyunlara çıxsınlar.
- Aleksey İsayev "Braqa" ilə oyunlara qədər komandaya uyğunlaşacaq?
- Onun tələblərimizə uyğunlaşmağa çox da ehtiyacı yoxdur. Elə komandadan gəlib ki, orda da eyni şeyi tələb edirlər. Keçən dəfə də demişdim ki, daha aktiv olmalıdır.
- Xabi Alonso ilə görüşdükdən sonra onun adı "Liverpul"la hallanır. Görüş zamanı bu haqda danışdınınız?
- Yox, sırf işlə bağlı görüşümüz oldu (presssport.az).
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil