Misli Premyer Liqasının 20-ci turunun "Turan Tovuz" - "Səbail" (3:1) matçını stadiondan canlı izləyən AFFA-nın baş katibi Sərxan Hacıyev matçdan sonra jurnalistlərə müsahibə verib.
QOL.az həmin müsahibəni təqdim edir:
- Tovuza səfərinizin hər hansı özəl səbəbi vardımı?
- Xeyr. Bu mövsüm ikinci dəfədir burada oluram. Turun əsas oyunlarından biridir. Qərara gəldik ki, burada olaq.
- "Turan Tovuz" rəhbərliyinin bu mövsüm hakimlərdən böyük narazılığı var. Klub rəhbərliyinin bu barədə sizinlə müzakirəsi oldu?
- Əlbəttə, muxtəlif oyunlarla bağlı hər zaman müzakirələrimiz olur. "Turan Tovuz"un "Kəpəz"lə oyunundan sonra hakimlik haqqında çox danışılmışdı. Klub rəhbərliyi ilə oyundan sonra və bu gün söhbətimiz oldu. Hakim səhvləri olanda biz də məyus oluruq. Çalışmalıyıq ki, gələcəkdə səhvlərin qarşısı alınsın. Bu yöndə aidiyyəti qurum öz işini görür.
- Hakimlərlə bağlı narazılıq böyükdür. Konkret olaraq bu mövsüm referilərin işindən razısınız, yoxsa narazı?
- VAR sistemi bir çox hallarda özünü doğruldur. Lakin bir sıra hallarda şahid olmuşuq ki, qərarlar düzgün verilmir. Aidiyyatı komitə ilə işlər aparılır ki, gələcəkdə bu cür halların sayı az olsun.
- Gəncədə futbol akademiyasının açılışı son anda təxirə salındı. Açılışla bağlı yeni tarix məlumdur?
- Nəzərdə tutulub ki, fevral ayının ilk günlərində açılış olsun. Amma dəqiq tarix bəlli deyil.
- Milli komandanın baş məşqçisi ilə bağlı çox iddialar səslənir. Müxtəlif mütəxəssislərlə danışıqlar aparıldığı bildirilir. Bu haqda ətraflı nə deyə bilərsiniz?
- Fürsət düşmüşkən elan edim ki, rəsmi olaraq AFFA tərəfindən heç bir mütəxəssisə təklif göndərilməyib. Biz də baş verənləri müşahidə edirik. Hətta bəzi məşqçilər özləri açıqlama verir ki, AFFA-dan təklif alıblar. Lakin rəsmi olaraq bildirirəm ki, hər hansı yerli və ya əcnəbi mütəxəsisə nə təklif göndərilib, nə də danışıq aparılıb. Əvvəl də qeyd etdiyimiz kimi işçi qrupu mövcuddur. Lakin işçi qrupunda da konkret olaraq adlar səsləndirilməyib. Daha çox hansı kriteriyalar əsasında baş məşqçinin seçilməli olduğu barədə iş gedir.
- Danışılmış oyunalarla bağlı araşdırma aparılacağını mətbuata özünüz açıqlamışdınız. Amma bu barədə mətbuata heç bir məlumat verilmir...
- Bəli, ötən ilin sonu bu barədə açıqlama vermişdim. İndi də təsdiqləyə bilərəm ki, müəyyən araşdırmalar var. Bu təkcə AFFA tərəfindən deyil, həm də aidiyyatı qrumlar tərəfindən aparılır. İndiki məqamda bu barədə açıqlama verilməsi məqsədəuyğun hesab olunmur.
- Premyer Liqa klubları da həmin araşdırmalara daxildirmi?
- Xeyr.
- AFFA-ya prezident seçkilərinin tarixi məlumdur?
- İcraiyyə Komitəsinin növbəti toplanışında dəqiq tarix təyin olunacaq. Həmin iclas fevralın ilk həftəsi keçirilə bilər.(sportinfo.az)
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı