“Mühüm qələbə qazandıq. Azarkeşlərə təşəkkür edirəm. Bu gün komandaya yaxşı dəstək oldular”.
QOL.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 20-ci turunda “Səbail”ə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, komandasının xarakter nümayiş etdirdiyini bildirib: “Ötən tur ağır hava şəraitində Qəbələdə mübarizə aparmışdıq. Futbolçulara ikiqat yük düşmüşdü. Lakin yorğun olsaq da, futbolçularımın xarakteri ilk dəqiqələrdən göstərdi ki, bu oyunun mahiyyətini başa düşmüşük. İstədiyimiz hücumlar oldu. İlk dəqiqələrdən oyuna nəzarət bizdə idi. Rəqibin boşluqlarından düzgün istifadə edirdik. Qolumuzu da vurduq. Bəlkə fasiləyə qədər ikinci dəfə də fərqlənmək olardı. Rəqib ikinci hissəyə dəyişikliklərlə başladı. Bundan sonra bir qədər ehtiyatlı oynadıq. Futbolçular uduzmaqdan qorxurdular. Ötən tur yaşananlar komandaya psixoloji cəhətdən mənfi təsir etmişdi. Komandama inanıram. Özümüzə gəlmək üçün belə oyunlar vacibdir. İlk 2 dövrədə “Səbail”ə uduzmuşduq. Amma bu gün 3 xal qazanan tərəf olduq. Çempionat davam edir. Turnir cədvəlində aşağıdan uzaqlaşırıq, yuxarıya yaxınlaşırıq. Hədəf dəyişmir - hər oyuna qalib gəlmək, xal qazanmaq üçün çıxırıq”.
A.Abbasov komandasının inkişafı üçün zamana ehtiyac olduğunu vurğulayıb: “İstədiyim komandanı görmək üçün vaxt lazımdır. Desək ki, 1 ay, 3 ay, bu, yalan olar. Məşqçilər, rəhbərlik aramızda müzakirə aparırıq. Əvvəlki “Turan Tovuz”la indiki komanda arasında fərq var, həm oyun, həm də futbolçuların bir-birini başa düşməsi baxımından”.
O məşqçinin uzun müddət eyni yerdə işləməsinin klub üçün faydasını belə izah edib: “Haşiyə çıxım, Antalyada Özbəkistan klubu ilə oynayırdıq. Çox maraqlı rəqib idi. Futbolçular bir-birlərini əla başa düşürdülər. Bu, özümüzə də maraqlı gəldi. Hətta “Sumqayıt”ın baş məşqçisi də orda idi. Onunla da diskusiyamız oldu və eyni məqamı qeyd etdi ki, rəqib futbolçular bir-birilərini çox gözəl anlayırlar. Maraqlandım, məlum oldu ki, baş məşqçi 12 ildir həmin klubda çalışır. Yəni vaxt futbolda çox mühüm amildir. Məşqçi komandada uzun müddət çalışırsa, aparıcı futbolçularını qorumaqla heyəti gücləndirirsə, ildən ilə hər şey yaxşıya doğru gedəcək”.
Bugünkü matçda komandasının motivasiyasının yüksək olmasının səbəbini A.Abbasov belə izah edib: “Futbolçularıma əvvəldən demişdim, bu mövsüm hər iki oyunda “Səbail”ə uduzmuşuq. Ötən il isə evdə hər iki matç heç-heçə bitmişdi. Həmişə futbolçularıma demişəm ki, hər rəqibdən mövsüm ərzində xal almalıyıq. Bu, bizə inam gətirəcək. Həm də bu gün təkcə statistika deyil, ümumi durum motivasiya edirdi komandanı. Azarkeşlərimizi sevindirmək istəyirdik”.
“Turan Tovuz”un çalışdırıcısı ötən mövsümlə müqayisədə bu il komandasının standart vəziyyətlərdən çox faydalı olması fikri ilə tam razılaşmayıb: “Nəzərə alaq ki, bu gün ikinci qolda hər şey künc zərbəsindən sonra başladı. Ümumilikdə isə Ayxan Quseynov künc zərbəsindən ötürmələri istədiyimiz kimi etmirdi. Həm də standart vəziyyətdən hər oyun istədiyin kimi yararla bilmərsən. Çünki istər-istəməz rəqib təhlil edir, sənin güclü tərəflərinin qarşısını almağa çalışır. Rəqib 3 mərkəz müdafiəçisi ilə matça başladı və üçü də hündür boy idi”.
“Bu dəfə hakimləri məğlub edə bildiniz?” sualını mütəxəssis belə cavablandırıb: “Bu gün çətin oyun idi. Hakim işinin öhdəsindən gəldi. Mübarizə meydanda çox idi. Yaxşı olanda həmişə yaxşı demişəm. Klub olaraq düzgünlük istəyirik. Əsas odur ki, hakim matçın nəticəsinə təsir etməsin. VAR hansısa epizoda təsir etməyəndə, bu, bizi düşünməyə vadar edir ki, niyə belə oldu? AFFA rəhbərliyi külli miqdarda pul xərcləyib, VAR sistemini gətirib. Maraqlı çempionat gedir. Bu gün bəzi ölkələrdə heç VAR yoxdur. Üstəlik, bizim çempionatın çəkilişi də yaxşıdır. Yəni istədiyimiz odur ki, hakimlər də diqqətli olsunlar. Eyni epizodda 2 fərqli qərar qəbul edilməsin”.
A.Abbasov AFFA-nın baş katibi Sərxan Hacıyevin bugünkü matçı izləmək üçün Tovuza gəlməsini müsbət addım adlandırıb: “Alqışalayiq addımdır ki, AFFA rəhbərliyi gəlir, jurnalistlər gəlir. Bütün bunlar lazımdır. Bakıdan kənara çıxmalıyıq”.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər