“Birinci hissədə komandamı meydanda görə bilmədim. Fasilədən sonra isə meydanda daha yaxşı “Səbail” var idi. İkinci 45 dəqiqədə daha yaxşı oynamağa başladıq. Sadəcə irəlidə kəskinliyimiz çatışmır”.
QOL.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 20-ci turunda səfərdə “Turan Tovuz”a 1:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
O, komandasının ucuz qollar buraxdığını bildirib: “Ən narahatedəci məqam odur ki, uşaq səhvlərinə yol veririk. Ucuz qollar buraxdıq. Top harasa, ora-bura dəyib, axırda tora daxil olur. Bu, məni çox məyus edir. Bununla belə, irəli baxmaq lazımdır. Zədəlilərin çoxluğunu və yeni transferlərin uyğunlaşması üçün zamana ehtiyac olduğunu nəzərə alsaq, inanıram ki, növbəti həftələrdən daha yaxşı çıxış edəcəyik. İkinci hissədəki oyundan razıyam. Lakin futbol faktlara söykənir. Məğlub olmusansa, deməli, bu gün uğursuzsan. Rəqibi təbrik edirəm. “Turan Tovuz” bu gün çox motivasiyalı idi. İkinci hissədə taktiki cəhətdən çox ağıllı oynadılar”.
Diniyev rəqibin vurduğu ikinci qolda “Səbail”in müdafiəçisi Cabir Əmirliyə qarşı kobudluq olub-olmaması barədə sualı belə cavablandırıb: “Hakimlər də insandırlar, onlar da səhv edə bilərlər. Hər şeyi analiz etsək, həm səhv, həm də düz - onlar barədə nəsə tapacağıq. Lakin belə şeylərə köklənsək, biz itirəcəyik. Ondan başlayaq ki, həmin epizodda top orda olmamalı idi. Top ora gəlibsə, sonrakı proseslər artıq maraqsızdır. Mən dayandığım yerdən nəsə demək çətindir. Dəqiq fikir bildirmək üçün epizodun təkrarına baxmaq lazımdır. Məğlubiyyətin əsas səbəbi bizik, özümüzük. Səhvləri kənarda axtarmamalıyıq, özümüzə fokuslanmalıyıq”.
Mütəxəssis bildirib ki, itkilərin ucbatından matçın gedişində müdafiə xəttində bir neçə dəfə taktiki dəyişikliklər edib: “Mən itkiləri bəhanə kimi gətirmirəm. Amma oyunçu çatışmazlığı açıq-aşkar görünür. Bu gün 2 dəfə məcburiyyətdən oyunu gedişində beşli, sonra da üçlü müdafiəyə keçmişik. Rəqibin əsasən sağ cinahdan təhlükəli hücumlar qurduğunu gördüyümüzdən matçın gedişində müxtəlif yerdəyişmələr etməyə məcbur olurdum. Sonradan Cabir Əmirlini meydana buraxdıq və ikinci hissədə Otto Conun təhlükəli keçidlərinin qarşısını ala bildik”.
Ş.Diniyev “Səbail”ə qarşı kampaniya aparılması, təzyiq olması, oyun günləri mətbuatda hakimlərin komandaya kömək edəcəyi barədə xəbərlərin yayılmasına belə münasibət bildirib: “Mən uşaq deyiləm, hər şeyi başa düşürəm. Keçən il, bu il - gör nə qədər bizə qarşı haqsızlıq oldu. Kimisə günahlandırdıq? Mətbuata böyük hörmətimiz var. Ancaq həmişə demişəm ki, kim necə istəyir yazır, əsas odur Allah bizim yazımızı pis yazmasın. Bəzilərinin işi odur ki, bu cür təzyiqləri göstərməlidirlər. Ona görə də heç nəyə fikir vermirik. İstəsək, bu gün hakimliklə bağlı ən azı 3-4 səhv tapa bilərik. İstənilən vəziyyətdə fit verib, əks tərəfə cərimə zərbəsi təyin etmək mümkündür. Amma mən belə şeylərə fikir vermirəm. Biz mətbuata, hakimliyə, təzyiqlərə fokuslanmamalıyıq. Təzyiq altında oynamağa öyrəşməliyik. Yekunda hər şey bizim üçün yaxşı olacaq, buna inanıram. 1-2 turdan sonra meydanda daha yaxşı “Səbail” görəcəksiniz. Buna heç kim mane ola bilməyəcək”.
Oğlu Kərim Diniyevi komandadan uzaqlaşdırması barədə yayılan xəbərə “Səbail”in baş məşqçisinin reaksiyası belə olub: “Sabah yazsalar ki, mən kosmosa uçmuşam, təəccüblənməyin (gülür)”.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər