Azərbaycan yığması dünya reytinqində ikinci pilləyə yüksəldi

Azərbaycan yığması dünya reytinqində ikinci pilləyə yüksəldi
ÖLKƏ FUTBOLU 25 Yanvar 2024 / 22:28 4385
-  A +

Azərbaycan minifutbol millisi dünya reytinqində ikinci pilləyə yüksəlib.

QOL.az Dünya Minifutbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bundan əvvəl açıqlananan siyahıda 6-cı olan komanda 3 pillə irəliləyib. Azərbaycan yığmasının hesabında 3000 xal var.

Reytinq cədvəlinə 4125 xalla Rumıniya başçılıq edir. Macarıstan (2600 xal) 3-cüdür.

Qeyd edək ki, Rumıniya son dünya, Azərbaycan isə Avropa çempionudur.

Daha çox


Son xəbərlər
topaz banner