"Kocaelispor"un yeni hücumçusu Ramil Şeydayev Türkiyədə jurnalistlərin suallarını cavablandırıb.
QOL.az xəbər verir ki, bu gün məşqdən əvvəl media nümayəndələrinə açıqlama verən Azərbaycan millisinin 27 yaşlı futbolçusu əvvəlcə Türkiyə I Liqasının son turunda evdə “Eyüpspor”a 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
"Yaxşı və sürətli oyun oldu. Asmosfer əla idi. "Eyüpspor" üçün çətin oyun alındı. Bunu azarkeşlərimiz sayəsində gerçəkləşdirdik. Çünki rəqib üzərində böyük təzyiq yarada bildilər. Bu, çox xoşuma gəldi" - deyə R.Şeydayev bildirib.
O deyib ki, "Kocaelispor"a keçməzdən əvvəl bir vaxtlar bu komandada çıxış etmiş, hazırda isə "Zirə"nin baş məşqçisi olan Rəşad Sadıqovla danışıb: "Danışdıq, amma bu, çox uzun söhbət olmadı. Söhbətimizdə əsasən azarkeşlərimizdən bəhs etdi. Çox yaxşı azarkeşlərimiz olduğunu söylədi. Sonra "Kocaelispor"a keçməkdə yekun qərarın mənə məxsus olduğunu dedi. Dedi ki, özün üçün nəyi yaxşı hesab edirsənsə, həmin qərarı ver. Mən də bura gəlməyi üstün tutdum".
R.Şeydayev bildirib ki, "Kocaelispor"a adaptasiyası asan olacaq: "Çünki burada yaxşı dostluq var. Bundan başqa Türkiyəni də tanıyıram, dilini də bir az bilirəm. Din baxımından da mənə fərqlilik yoxdur. Eyni dinə mənsubuq. Komanda yoldaşlarımla söhbət edərək yaxşı vaxt keçiririk. Mənim üçün hər şey yaxşı gedir".
R.Şeydayev bildirib ki, növbəti turda "Altay"a qarşı matçda oynamaq istəyər: "Bu, baş məşqçimizin qərarıdır. Onun verəcəyi qərara hər zaman sayğı duyaram. Çempionluq yolunda da addım-addım irəliləmək lazımdır. İndi hədəfimiz Super Liqaya vəsiqə qazanmaqdır. Ora çempion olaraq çıxmaq üçün də addım-addım gedəcəyik. Oyundan-oyuna baxacağıq, bu hədəf üçün cəhd edəcəyik".
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər