“Təlim-məşq toplanışını ölkə xaricində keçirməklə Bakıda keçirməyin fərqi dərhal hiss olunur. Amma baxır hansı komandaya. Məsələn, “Qarabağ”ın hazırlığı sırf “Braqa” ilə matç üçün idi. Bu, hiss olunur. Onlar ona görə hazırlığı Bakıda keçirdilər”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
Klubların qış fasiləsindən sonra Premyer Liqadakı ilk oyunlarını dəyərləndirən mütəxəssis futbolçuların istəkli göründüyünü bildirib: “Dünənki matçda “Qarabağ” ilk hissədə rahat oynasa da, ikinci hissədə onların yorğunluğu və oyun praktikasının azlığını gördük. Yeni transfer Aleksey İsayev “Qarabağ”ın oyununu oynadı. Ümumiyyətlə, son turun bütün oyunlarında hiss olundu ki, komandalar çempionat üçün darıxıblar. Yəni istəkli idilər”.
Mircavadov çempionatda 2-ci yer uğrunda gərgin mübarizə gedəcəyini bildirib: “Çempionluq uğrunda mübarizə artıq başa çatıb. Çünki lider “Qarabağ”la rəqibləri arasında xal fərqi çoxdur. Oyun prosesi də bunu göstərir. Əsas da keyfiyyətdir. “Qarabağ”ın futbolçuları çox keyfiyyətlidir. Elə ona görə də Avropa klublarından təkliflər alıblar.
İkinci və üçüncü yerlər uğrunda mübarizə isə maraqlı olacaq. “Zirə”, “Neftçi”, “Səbah” və “Səbail” iddialıdır. “Sumqayıt”ı da yaddan çıxarmayaq. Onlardan hansının gücü sona qədər olacaq, bunu indi demək bir az çətindir. Çünki fasilə yeni başa çatıb. Növbəti 2-3 turdan sonra biləcəyik”.
76 yaşlı mütəxəssis “Neftçi”nin baş məşqçi dəyişikliyindən sonra intizamlı futbol oynadığını qeyd edib: “Heyət eynidir. Elə bir dəyişiklik yoxdur. Mənim xoşuma gələn “Neftçi”nin oyunundakı nizam-intizam oldu. Baş məşqçinin onlardan hansı oyunu istədiyini deyə bilmərəm, amma indi hiss olunur ki, istəklərinin arasında nizam-intizam da var. Əlbəttə ki, bu, vacib amildir. İntizam olmayan yerdə uğur da olmaz. “Neftçi”də yeni baş məşqçinin işinə qarşıdakı turlarda qiymət vermək daha asan olar”.
“Qəbələ”nin sonuncu yerdə olmasına üzüldüyünü deyən Mircavadov komandanın yüksək liqada qalmalı olduğunu bildirib: “Qəbələ”nin Premyer Liqanı tərk etməsi ədalətsizlik olar. Azərbaycanda heç bir klubun belə ifrastrukturu yoxdur. Bu, nə Bakıda var, nə də bölgələrdə. Bunu qoruyub saxlamaq lazımdır. Bunun üçün isə komanda yüksək liqada olmalıdır. Çox qəribədir ki, biz dağıtmağa öyrəşmişik. Amma bizə yetişdirmək, inkişaf etdirmək lazımdır. Qəbələ elə bir yerdir ki, futbol üçün hər bir şərait var. Dağlıq ərazidir, yayda o qədər isti olmur. Meydançaları çox əladır. Orada 10-a yaxın yaxşı meydança var. “Qəbələ” sonuncu olduğuna görə komandada psixoloji durum da yaxşı deyil. Amma xallar yığa bilsələr, uğur da gələcək”.
A.Mircavadov hazırda 2-ci pillədə qərarlaşan “Zirə”nin müdafiə futbolu oynaması ilə bağlı səsləndirilən tənqidi fikirləri anlamadığını da deyib: “Mən başa düşə bilmirəm. Hər bir məşqçinin öz oyun üslubu var. Bu, çox gözəldir. Mən “Neftçi”də oynayanda “Spartak”a qarşı bir həftə hazırlaşırdıq. Yəni sırf onların oyun üslubuna görə bunu edirdik. Buna görə öz oyun üslubumuzu da təkmilləşdirirdik. Hər bir məşqçinin öz oyun fəlsəfəsi olmalıdır. Evi möhkəm tikmək üçün onun özülü yaxşı olmalıdır. Özül də müdafiədə və qapıdadır. Onlar yaxşı olsa, komanda uğurlu çıxış edəcək. Əsas odur ki, Rəşad Sadıqov komandasından istədiyi oyunu görür. Komanda bu oyunla 2-ci pillədə gedirsə, əladır. Başqa sözə ehtiyac yoxdur. Hamı eyni futbolu oynaya bilməz”.
Təcrübəli mütəxəssis son turda baş verən hakim səhvləri ilə bağlı da fikirlərini bildirib: “VAR-la meydandakı hakimlər arasındakı danışıqlar çox qəribədir. Dünən “Qarabağ"ın 2-ci qolundan sonra 2 dəqiqə gözlədilər ki, VAR-dan cavab gəlsin. Hansı ki, orada heç bir mübahisəli məsələ yox idi. Dünənki soyuq havada futbolçular tərli halda dayanıb gözləyirdi ki, VAR qərar versin. Bizdə VAR oyunun baş hakiminin vəzifəsini əlindən alır. Hadisə hakimin gözünün qarşısında baş verir, epizoda VAR baxır. Hər şeydə VAR-a müraciət etmək futbolun marağını öldürür. Hakimə inanmaq lazımdır. Bizdə hakimin hakimliyini əlindən alırlar. Başqa ölkələrdə bunu görmürəm. Səhvlərə gəldikdə, hakimlər də oyun təcrübəsi sarıdan əziyyət çəkirlər. Hazırlıqla oyun idarə etmək arasında fərq böyükdür”.
Ramiq Ağaməmmədov
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər