"Mənim üçün maraqlı oyun oldu. Komandaların hamısı güclənib. Yeni futbolçularımızdan da razı qaldım. “Qarabağ”ı təbrik edirəm və qarşıdakı matçlarda uğurlar arzulayıram".
QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 19-cu turunda bu gün "Qarabağ"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 1:3 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Bu gün yeni yaranmış “Araz-Naxçıvan”, avrokuboklarda rəqiblərini çökdürən “Qarabağ”a qarşı oynayırdı. Onlarla matçda boşluqlarımız görünməsə, mənim üçün gülünc olardı. “Qarabağ” səviyyəsində olan komanda ilə başabaş oynamaq...Bu komandanın avrokuboklardakı çıxışını nəzərə alıb, yorğunluqlarından istifadə edib futbol oynamaq olar. “Qarabağ” 20 ildən artıqdır ki, Azərbaycan futbolunda dominantlıq edir. 15 günə yaranmış komanda “Qarabağ”la başabaş oynaya bilməz. Uşaqlar çalışırlar, meydanda vuruşurlar. Gənclərimiz də oynadı. Onları burada sınamasaq, harada oynayacaqlar? Get-gedə onların da yaxşı performansını görəcəyik. “Qarabağ”a qarşı oynamaq həmişə çətindir".
A.Bağırov legioner oyunçu transferi ilə bağlı sualı da cavabılandırıb: "Biz də istəyərdik ki, legioner dəvət edək. Araşdırmalarımız, seleksiyamız getmişdi. Yaxşı oyunlarımız olsa, alınacaq. Əsas da hücum xəttinə oyunçu transferi fikirləşirik. Orada boşluqlar çoxdur. O komandayıq ki, rəqib qapısı qarşısında 3-4 epizod yaradıb, yararlana bilmirik. Bu da müdafiədə öz təsirini göstərir. Rəqiblərimizin hücum xəttində rəngarənglik daha çoxdur. Bütün komandaların hücum xəttində daha çox oyunçuları var, nəinki müdafiəçilər".
Baş məşqçi qeyd edib ki, "Qarabağ"ın imkan verdiyi qədər oynaya biliblər: "Bu barədə çox danışmaq olar. “Qarabağ” icazə verdiyi zonalar var idi. Hansı ki, biz girə bilirdik. Çox yerdə qarşımızda sədlər var idi. Amma alınan detallar, rəqibin yorğunluğu və ya bizim düzgün pressinqimizlə əlaqəli ola bilər. Birinci hissə az alındı. Çünki “Qarabağ” daha rahat və hazırlıqlı idi.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər