“Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Liqasının 19-cu turunda "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, 1:2 hesabı ilə uduzduqları matçı belə şərh edib:
"Oyunun çətin olacağını əvvəlcədən bilirdik. Hava şəraiti də ağır idi. Matça çox yaxşı başladıq. Oyuna nəzarət bizdə idi. Qırmızı vərəqə bütün planları alt-üst etdi. Sistemi dəyişdik. Qırmızı vərəqədən sonra 10 dəqiqə rəqibin üstünlüyü oldu. Çalışdıq düzgün mübarizə aparaq. İkinci hissədə topa nəzarət rəqibdə idi. Bir sürətli hücumla qol vurdular. Üzücü məğlubiyyətlə üzləşdik. Hələ oyunlar qabaqdadır. Növbəti matçlara hazırlaşmalıyıq. Hakimlik yenə çox zəif idi. Matçın 50-ci dəqiqəsində Vüsal Məsimova qırmızı vərəqə verilməli idi. Niyə VAR-a çağırmadılar? Barış Şimşeklə müzakirə etməyə hazıram. Bizimki də eyni epizod idi. VAR təəssüf ki, baş hakimi çağırmadı. Faiq Hacıyevin epizodu daha yüngül idi. Bəs Vüsal Məsimova niyə qırmızı vərəqə verilmir? Daha möhkəm olmalıyıq. Hakimlərə də qalib gəlmək lazımdır".
Mütəxəssis bildirib ki, çox güman ki, Martin Petkovla yolları ayıracaqlar: " Onun özünə və bizə aid səbəblər var. Martin perspektivli oyunçudur. Yaxşı başlamışdı. Amma sonra problemlər ona imkan vermədi. Yaxın günlərdə qərar olacaq.
"Neftçi"dən icarəyə götürdüyünüz futbolçuların hər ikisinin potensialı var. "Neftçi"də az şans qazanırdılar. Bizdə daha çox oynayacaqlar. Özlərindən də çox şey asılıdır. Bu gün əllərindən gələni etdilər” (fanat.az).
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər