"Qəbələ"nin braziliyalı müdafiəçisi Lukas Afriko Portuqaliyanın "A Bola" nəşrinə müsahibə verib. O, müsahibədə Azərbaycandakı karyerası, Avropa Liqasının pley-off mərhələsinin "Braqa" - "Qarabağ" matçı ilə bağlı gözləntilərindən danışıb. Müsahibəni qısa ixtisarla dərc edirik.
- Biz burada Portuqaliyada soyuqdan gileylənirik. İndi danışdığımız saat 17:00-da Azərbaycanda, Qəbələdə neçə dərəcə isti var?
- Hazırda hava mənfi 1-i göstərir. Soyuqdur (gülür...)
- Düşünürəm ki, bu, ən böyük problemlərdən biridir. Başqa hansı çətinliklərklə qarşılaşmısınız?
- Bəli, soyuq da onlardan biridir. Amma bu, sosial həyatımızın tərkib hissəsidir. Portuqaliyada olmaq asan idi. Çünki müəyyən mənada Braziliyada olduğu kimi eyni dildə danışırıq, insanlar arasında əlaqələr yaratmaq rahatdır. Azərbaycanda isə mədəniyyət fərqlidir. İlk vaxtlar müəyyən çətinliklərlə rastlaşdım. Amma burada oynayan və mənim evimə yaxın yaşayan bəzi braziliyalılarla tanışlıqdan sonra mənim üçün bir az asan oldu. Hərçənd mən bu yeni təcrübəni sevirəm və bundan maksimum yararlanmaq istəyirəm.
- Ən çox nə üçün darıxırsan?
- Sosial həyatım: dostlarla vaxt keçirmək, onlara yaxın olmaq, daha qısa səfərlərə imkan verən yerdə qalmaq. Amma buradakı təcrübə gözəldir. Futbol bir az fərqlidir, həm də çox standartlaşdırılıb. Burada rəqabətin səviyyəsi isə məni xoş mənada təəccübləndirdi, yaxşı komandalar və oyunçular var. Beş il Portuqaliyada yaşamışam, Avropa futboluna öyrəşmişəm. Azərbaycan onlardan geri qalmır, o da yaxşıdır.
- Siz "Qəbələ"nin heyətində "Braqa"nın Avroliqadakı rəqibi olan "Qarabağ"a qarşı 2 dəfə oynamısınız və hətta 1 qol vurmusunuz.
- Bəli, doğrudur. Onlar ("Qarabağ" - red.) Azərbaycanın ən böyük komandasıdır. Çox yaxşı oyunçuları var. Bəziləri müəyyən müddət Portuqaliyada da oynayıblar. Juninyo, Riçard Almeyda, Julio Romao... Onlar "Braqa"nı yaxşı tanıyırlar. Bu, iki çox səviyyəli komandanın qarşılaşması olacaq.
- “Qarabağ”ın güclü tərəfləri hansılardır?
- Onların yaxşı məşqçiləri var. Keçidləri çox yaxşı, sürətli və şaqulidir. Hücum zamanı çoxluq təşkil edirlər. Həmçinin necə müdafiə olunmağı da bilirlər və çox aqressivdirlər.
- Bəs, Portuqaliya oynamış bu futbolçularla danışırsınız?
- Bəli, mənim Juninyo və Riçardla möhkəm dostluğum var. Bir neçə dəfə görüşmüş və nahar etmişik. "Braqa" ilə oynayacaqlarını öyrənəndə çox sevindilər. Çətinliklərlə qarşılaşacaqlarını bilirlər. Lakin Portuqaliya həmişə xoş xatirələri geri qaytarır.
- Müqaviləniz nə vaxta qədər qüvvədədir?
- Bu il iyun ayına qədər, daha bir il uzadılmaq imkanı ilə...
- Portuqaliyaya qayıtmaq istərdinizmi?
- Gələcək Tanrıya məxsusdur. Belə bir fürsət yaranarsa, yaxşı təkliflər olursa, təbii ki, bu haqda düşünəcəm və dəvətə açıq olacam. Mənim bu ölkəyə böyük sevgim var və Liqanı da yaxşı tanıyıram. Bunlar qərar vermək üçün təhlil etməyə ehtiyac duyulmayan amillərdir.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər