“Dünən Azərbaycanda 20 Yanvar faciəsinin il dönümü idi. Buna görə Azərbaycan xalqına başsağlığı verirəm. Matça gəldikdə, ilk hissə çox maraqlı keçdi. Hər iki komandanın fərqlənmək şansı var idi”.
Qol.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 19-cu turunda “Neftçi” ilə heç-heçə edən (0:0) “Sabah”ın baş məşqçisi Murad Musayev deyib.
Rusiyalı mütəxəssis matçın ikinci hissəsində sürətin aşağı düşdüyünü bildirib: “İlk hissədə gördüyümüz məzmunlu oyunu fasilədə sonra görə bilmədik. Fasilədən sonra sürət bir qədər aşağı idi. Düşünürəm ki, oyuna tamaşa edənlər narazı qalmadılar”.
“Sabah”ı “Qarabağ”a dəyişən Aleksey İsayevin mövqeyində Ayaz Quliyevi sınayan Musayev ondan narazı qalmayıb: “Ayaz yaxşı oyun keçirdi. Lakin bu barədə dəqiq fikir bildirmək üçün oyunun analizinə dəqiq baxmaq lazımdır. Ümid edirəm ki, Ayaz bunun öhdəsindən gələcək”.
“Ümumiyyətlə, Aleksey İsayevin gedişinə görə oyun planınızı dəyişmək barədə düşünürsüz?” sualını Musayev belə cavablandırıb: “Bir futbolçunun gedişinə görə oyun planını dəyişmək barədə düşünmürük”.
“Sabah”ın çalışdırıcısı hələlik heyəti gücləndirmək barədə düşünmədiklərini vurğulayıb: “Yeni transfer hələlik gözlənilmir. Hazırda heç kimlə danışıq aparmırıq”.
Murad Musayev Rusiyada çalışdığı illərdə hazırda "Neftçi"yə baş məşqçilik edən Miodraq Bojoviçi bütün oyunlarda üstələməsi barədə da danışıb: “Hazırda bunu müqayisə etmək düzgün deyil. Çünki obyektiv demək lazımdır ki, Rusiyada mənim komandam daha güclü idi, bizim imkanlarımız daha yaxşı idi. Bu gün isə daha bərabər səviyyəli komandaları çalışdırırıq. Məşqçilər dünən barədə düşünmürlər. Önəmli olan bu gün baş verənlərdir. Açığı, heç neçə dəfə qarşılaşmağımızdan da xəbərdar deyiləm”.
O, son 1 il ərzində “Sabah”ın aparıcı futbolçularını itirməsində ciddi problem görmədiyini bildirib: “Komandanın dəyişməsi, gedənlərin, gələnlərin olması normaldır. Amma indiki heyətlə əvvəlkini müqayisə etmək düzgün olmaz. Dünən dünəndə qalıb. Bu gün yeni gündür. Yeni oyunçular var və indi onlarla nəticə qazanmaq lazımdır. Mövsümün əvvəlində “Partizan”a, eləcə də çempionatda “Qəbələ”yə qarşı çox yaxşı oyunlar keçirdik. Həmin vaxt da heyətimizdə nə Mikels var idi, nə də komandanı daha əvvəl tərk edənlər. Yəni hansısa futbolçu olmadan da uğur qazanmaq mümkündür”.
O, sonda hücumameyilli futbolçuları meydana buraxmasının səbəbini belə izah edib: “Biz bu gün qalib gəlmək istəyirdik. Ona görə də əsasən hücumameyilli futbolçuları oyuna qoşduq. Ola bilər onları daha əvvəl meydana buraxmaq olardı”.
“Sabah”ın çalışdırıcısı bugünkü matçda həmişəkindən fərqli olaraq aqressiv olmamasından da söz açıb: “Açığı, etiraz edəsi, hakimə narazılıq bildirəsi bir məqam yox idi. Hakim bu gün meydanda görünməməyə çalışırdı. Məhz belə də olmalıdır. O, sərt mübarizələrdə də oynamağa imkan verirdi. Bu, mənim xoşuma gəlir. Hakimliyin yaxşı olması bu gün sakit görünməyimin əsas səbəbi idi. Çalışacağam ki, gələcəkdə də təmkinli davranım”.
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi