"Təəssüratlarım çox yaxşıdır. Düşünürəm ki, mənim üçün çox yaxşı təcrübə olacaq. Burada yaxşı atmosfer var".
QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Alfa Konte klubun telekanalına açıqlamasında deyib.
"İlk dəfədir bu şəhərdə oluram. Amma səmimi deyim ki, gözəl şəhərdir. "Neftçi" yaxşı klubdur. Sadəcə, düşüncələrim mənə dedi ki, get. Fikirləşdim ki, mənim üçün ən yaxşısı budur. Yəni düşüncələrimin arxasınca getdim. İnandım ki, bu, mənim üçün yaxşı təklifdir və bunu qəbul etməliyəm" - deyə o bildirib.
Syerra leoneli vinger daha sonra vurğulayıb: "Bəli, Julius Vobayla telefon vasitəsilə əlaqə saxlamışam. O, mənə komanda haqda çoxlu xoş sözlər deyib. Fikirləşirəm ki, onun sözləri buraya gəlmək və bu möhtəşəm klubla tarix yazmaq üçün məni daha da həvəsləndirdi. Burada əsas məqsədim "Neftçi" ilə tarix yazmaq, azarkeşləri sevindirmək, komanda ilə birlikdə daha böyük uğurlara imza atmaqdır. "Neftçi"nin son 5, 6, 7 ili ilə bağlı məlumatım var. Klub haqda eşitmişəm. Bu komanda ilə tarix yazmaq niyyətindəyəm. Əlimdən gələnin ən yaxşısını etmək istəyirəm ki, komanda layiq olduğu səviyyəyə çatsın və azarkeşlərin sevindirsin".
A.Konte sonda azarkeşlərə səslənib: "Azarkeşlərə demək istəyirəm ki, Alfa buradadır. Mən bura tarix yazmağa gəlmişəm. İnanıram ki, biz birlikdə çox sevinəcəyik. Sadəcə, gözləyin".
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər