Türkiyənin "Desport Maqazin" jurnalında Azərbaycan kubokunun 1/8 finalının "Qarabağ" - MOİK oyununun (1:0) Xankəndində keçirilməsi ilə bağlı yazı yayımlanıb.
QOL.az xəbər verir ki, “Qarabağ Azərbaycandır!” adlı yazıda Ağdam təmsilçisinin aid olduğu torpaqlarda işğal bitdikdən sonra ilk matça çıxdığı xatırladılıb: "Qarabağdakı işğalçı rejimin vaxtilə “paytaxt” kimi gördüyü Xankəndindəki stadion 30 ildən sonra Azərbaycan kuboku oyunu ilə azarkeşlərin üzünə açıldı".
Yazıda matçın Prezident İlham Əliyevin topa zərbə vurması ilə başladığı qeyd olunub: "Çoxsaylı azarkeşlərin izlədiyi oyundan əvvəl İlham Əliyev çıxışında işğaldan azad edilmiş rayonda ilk dəfə futbol matçının keçirildiyini söylədi. Azərbaycan xalqının artıq öz torpaqlarına qayıtdığını vurğulayan Əliyev “Bugünkü matçın nəticəsi nə olursa olsun, qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir" - deyib. Əliyev Xankəndində idman bayramı yaşandığını vurğuladı. “Bundan sonra Azərbaycan bayrağı bu torpaqlarda əbədi dalğalanacaq. Biz azərbaycanlılar əbədi burada yaşayacağıq. Yaşasın Qarabağ. Yaşasın şanlı ordumuz. “Qarabağ Azərbaycandır" - deyə yazıda İ.Əliyevdən sitat gətirilib.
Yazıda o da bildirib ki, İlham Əliyev və xanımı Mehriban Əliyeva matçı müharibədə şəhid olan şəxslərin övladları ilə birlikdə izləyib. Tribunalarda yer alan azarkeşlərin matçı əllərində Türkiyə və Azərbaycan bayraqları ilə izlədiyi qeyd olunub.
Yazıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, matçda yeganə qolun müəllifi olan Ağdam klubunun gənc hücumçusu Nəriman Axundzadənin də fikirlərinə yer verilib.
"Desport Maqazin" jurnalını buradan oxuya bilərsiniz

Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər