“Oyundan öncə Qurban müəllim təklif etdi ki, bütün futbolçuları sınamaq üçün 4 hissəli oyun keçirək. Bu, bizi də qane edirdi”.
QOL.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”a qarşı bu gün keçirdikləri yoxlama oyunu (0:4) barədə danışarkən deyib.
O, bundan sonra diqqətlərini çempionatın növbəti turuna yönəldəcəklərini bildirib: “Sevindirici haldır ki, bütün futbolçularımız ən azı 70-80 dəqiqə oynadılar. Qış fasiləsindəki qısa – 12 günlük təlim-məşq toplanışımızı bu gün başa vurduq. Bundan sonra artıq çempionat oyununa hazırlaşacağıq”.
Sadıqov transfer çalışmalarını davam etdirdiklərini bildirib: “Axtarışdayıq, transfer çalışmalarımız davam edir. Danışıq apardığımız futbolçular var. Lakin hələ ki, real bir şey yoxdur. Yenə də istəyərəm ki, 2 futbolçu ilə heyəti gücləndirək. Özünüz də gördünüz ki, dəyişikliklərdən sonra bu gün əvəzedici heyətdən 5-6 futbolçuya şans verdim. Qarşıda bizi 3-4 gündən bir oyunlar gözləyir. Ona görə də mütləq şəkildə heyətimizi gücləndirməliyik”.
R.Sadıqov bu gün yeni klubu “Zirə”də debüt edən Rafael Utsiqin çıxışını belə qiymətləndirib: “O, usta, xarakterli futbolçudur. Amma təəssüflər olsun ki, son 2 ayda komandadan kənar qalıb. Axırıncı dəfə noyabrın 11-də rəsmi oyunda iştirak edib. Bu gün onun üçün 45 dəqiqə meydanda olmaq belə çox idi. Lakin risk edib 1 hissə oynatdıq. O da meydanda ən yaxşılardan biri idi. Formasını bərpa etməsi üçün hələ zamana ehtiyacı var”.
Mütəxəssis braziliyalı futbolçunun universallığını qabardıb: “O, universal futbolçudur. 4 mövqedə oynaya bilir - hücumun sağında, solunda, mərkəzində və hücumçunun arxasında. Biz də onun universallığından istifadə etmək istəyirik. Rəqibə görə oyun planımız dəyişir. Bu mənada onun universalığımızı işimizə yarayacaq”.
Sadıqov digər braziliyalı – Filipe Paxtmandan da söz açıb: “Onunla qış fasiləsində ciddi söhbət etmək fikrimiz var idi. Lakin son oyunda tam hazır olmadan meydana buraxdıq. Çox önəmli qol vurdu və yenidən zədələndi. Bunda hardasa mənim də günahım var idi. Ondan sonra ən azı yaya qədər komandada qalacağını qətiləşdirdim”.
R.Sadıqov matçın gedişində futbolçular arasında yaranan gərginliyin səbəbini belə izah edib: “Yoxlama oyunlarının bir mənfi cəhəti məhz budur. Futbolçular bilirlər ki, cəzalanmayacaqlar. Ona görə də bir qədər gərginlik oldu. Lakin sonradan sakitləşdilər və oyuna davam etdilər”.
O, hər hansı futbolçunun “Zirə”dən ayrılması ehtimalı barədə sualı belə cavablandırıb: “Təklif olsa, dəyərləndirə bilərik. 1 futbolçunu göndərib, əvəzində ikisini transfer edərik. Bu halda kiminsə gedişi mümkündür. Lakin indiki məqamda hansısa əsas oyunçumuzu göndərmək fikrimiz yoxdur”.
O, “Sabah”ın Eldar Quliyevlə maraqlandığı barədə yayılan xəbərləri təsdiqləyib: “Rəsmi təklif almamışıq. Lakin klublar arasında müəyyən danışıqlar oldu. Detallara varmaq istəmirəm. Biz “Sabah”la 2 dost komandayıq. Mənim onlardan, onların da bizdən maraq göstərdikləri futbolçular var idi. Ancaq danışıqlar müsbət baş tutmadı. Söhbət transfer məbləğindən getmirdi. Hər məsələdə “Sabah”la razılaşa bilərik. Amma müəyyən məqamlar oldu. Yenə deyirəm, bu, pullla bağlı deyildi”.
Rəşad Sadıqov Eldar Quliyevin hələ də Azərbaycan pasportu almamasının səbəbini belə izah edib: “Mən də istəyirəm. Bu, həm kluba, həm Eldarın özünə, həm də milli komandamıza faydalı olar. Amma özü hələlik bu haqda düşünmür”.
Rəşad Sadıqov sabiq klubu “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya qarşı keçiriləcək matçlarda şansını belə dəyərləndiririb: “İlk oyundan çox şey asılı olacaq. İnanıram ki, mərhələni keçən tərəf “Qarabağ” olacaq. Çünki komandanın itirəcəyi bir şey yoxdur. “Qarabağ” artıq bura qədər gəlməklə rekorda imza atıb. Bu, futbolumuz üçün böyük uğurdur. Komandanın üzərində təzyiq olmayacaq. Səfərdəki ilk hissədən çox şey asılı olacaq. Ağdam klubu rəqibə həmin müddətdə müqavimət göstərsə, ardı gələcək”.
Sonda Rəşad Sadıqov millimizin hücumçusu Ramil Şeydayevin özünün vaxtı ilə futbolçu kimi çıxış etdiyi Türkiyənin “Kocaelispor” klubuna mümkün transferi barədə danışıb: “Açığı, “Kocaelispor”dan kimsə məndən bu keçidlə bağlı məsləhət almayıb. Bildiyim qədər transfer hələ rəsmiləşməyib. Şeydayevlə aramızda söhbət olub, mən maraqlanmışdım. Bildirdi ki, hələ rəsmiləşməyib. “Kocaelispor”un möhtəşəm azarkeşləri var. Əsl futbol şəhəridir. O komanda Superliqada çıxış etməyə layiqdir. Ciddi rəqabət olacaq. Böyük ehtimalla, pley-offda mübarizə aparacaqlar. Çox istərdim ki, “Kocaelispor” Superliqaya yüksək çıxsın, fərqi yoxdur, Şeydayevlə, yaxud Şeydayevsiz. O komandaya xüsusi məhəbbətim var”.
Millinin oyunçusu sıradan çıxdı
"Bavariya" "Nyukasl"ın hücumçusuna göz dikdi
"Bütün üstünlüyü rəqibə verdik" - Yevgeni Kukseviç
Azərbaycan millisi Qazaxıstana uduzdu
"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - Video
Klub prezidenti azarkeşləri qınadı
Mbappe "Bavariya" ilə matça hazırlaşır
Çempionlar Liqasında ən çox qol vuranlardan oldu
2-ci liqa: “Göygöl”, “Ağdaş” və “Şirvan”dan qələbə
Koxalski Salyanın kəndinə səfər etdi - Video
"Turan Tovuz"un kapitanı üçün 100-cü oyun
Premyer Liqa klubları onu hədəfə aldı
Azərbaycan gimnastları dünya kubokunda "qızıl" qazandılar
PSJ-də yeni bonus sistemi
Bu ölkə legioner limitini dəyişir
"Bu vəziyyətdən çıxacağıq" - Elvin Cəfərquliyev
ÇL: Nəhənglərin duellərinə hakim təyinatları açıqlandı
Futbolçu silahlı hücumda öldürüldü
Qara Qarayevdən məşqçilik yolunda daha bir addım - Şəkil
Mourinyo "Tottenhem"i ağ yuyub, qara sərdi
Cek Uilşer məşqçi kimi ilk kubokunu qazandı
“Kəpəz”in yubileyi uğursuz oldu
Ozobiç bu qolla futbol tariximizə düşdü
Son 16 mövsümündə ilk
“Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
"Tovuzda komandaya güclü dəstək var" - Xorxe Silva
İngiltərədən rekordla gedir
Nərimanın komandası öz meydanında xal itirdi
Tofiq Əliyev yenə səhnədə! Möhtəşəm çıxış - Video
7 qol vuruldu, "İnter" qalib gəldi - Video
"Qalatasaray" öz meydanında xal itirdi
Azərbaycanlı futbolçu oynadı, komandası məğlub oldu
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video