Coşqun Diniyev növbəti dəfə Türkiyədə fərqləndi

Coşqun Diniyev növbəti dəfə Türkiyədə fərqləndi
ÖLKƏ FUTBOLU 14 Yanvar 2024 / 23:00 4557
-  A +

Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, bu gün Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyespor" "Genclerbirliyi" ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Coşqun Diniyev start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, komandasının yeganə qolunun ötürməsini edib.

"Ümraniyespor" - "Genclerbirliyi" - 1:1

Qollar: Amilton, 32 (0:1), Eser, 79 (1:1) 

"Ümraniyespor" bu nəticədən sonra 23 xalla 9-cu, "Genclerbirliyi" 28 xalla 8-ci pillədə qərarlaşıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner