"Neftçi" Almaniya klubuna böyük hesabla uduzdu

"Neftçi" Almaniya klubuna böyük hesabla uduzdu
ÖLKƏ FUTBOLU 13 Yanvar 2024 / 18:00 9224
-  A +

"Neftçi" Antalyada təlim-məşq toplanışını davam etdirir.

QOL.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununu keçirib. Miodraq Bojoviçin baş məşqçilik etdiyi komanda Almaniya 3-cü Bundesliqa təmsilçisi “Valdhof”la qarşılaşıb və 0:3 hesabı ilə uduzub.

"Valdhof" Almaniya 3-cü liqasının turnir cədvəlində 20 xalla 16-cıdır.

Qeyd edək ki, "Neftçi" ilk yoxlama oyununda “Erzurumspor”a (Türkiyə) 1:3 hesabı ilə uduzub.

Daha çox


Son xəbərlər
topaz banner