Xəbər verdiyimiz kimi, Bakıda FİFA-nın yeni layihəsi olan “FİFA seriyası" turniri keçiriləcək.Azərbaycan yığması bu mini turnirdə Bolqarıstan, Monqolustan və Tanzaniya ilə mübarizə aparacaq.
İlk dəfə təşkil ediləcək bu turnir Azərbaycan yığması üçün nə dərəcədə vacibdir? Komandaya faydalı ola bilərmi? QOL.az saytı bu mövzu ilə bağlı futbol eksperti Səbuhi Səfiyarlının fikirlərini öyrənib. O bildirib ki, belə turnir ancaq milli komandaya düşmək istəyən, ancaq buna təcrübəsi çatmayan futbolçular üçün faydalı ola bilər:
“Mən inanmıram ki, Azərbaycan yığması bu turnirdə əsas heyətlə oynasın. Yəni bizim klubların aparıcı üzvlərinin, millinin legionerlərinin bu lazımsız turnirə gələcəyi inandırıcı deyil. Düzdür, futbol oyunu varsa, orada nəyəsə lazımsız demək olmaz. Amma böyük əhəmiyyat daşımayan turnirdə belə oyunçular inanmıram ki, oynasın. Yaxşı olardı ki, millimizin B yığması səviyyəsində oyunçuları bu turnirdə iştirak etsin. Bizim elə oyunçularımız var ki, 21 yaşlılarından çıxıb əsas milliyə düşə bilməyiblər, arada qalıblar. Həmin oyunçular üçün beynəlxalq təcrübə baxımından bu cür oyunlar yaxşı olardı. Böyük əhəmiyyətli bir şey demək olmasa da, bu turnirə, əhəmiyyətsiz də demək olmaz. Hər halda futbol turniridir, beynəlxalq oyunlardır. Bolqarıstan istisna olmaqla rəqiblər FİFA reytinqində bizdən zəif rəqiblərdir. Ona görə də bu turnirdə bizim futbol üçün nə yararlı ola bilır, onu tapmaq lazımdır. Yoxsa ki, belə turnirə güc qoymaq, qalib gəlib onunla fəxr etmək özümüzü aldatmaq olar”.

S.Səfiyarlı qeyd edib ki, bu turnirdə əsas yığmamızın oynaması heç bir fayda verməyəcək: “Ancaq B yığması səviyyəsində oyunçular, əsas yığmaya namizəd olan, amma oynamayan, U-21-dən çıxıb və əsas yığmaya çağrılmayan oyunçular üçün yaxşı turnir sayıla bilər. Bu da əhəmiyyətli yox, təcrübə baxımından faydalı sayılar. Amma əsas yığma üçün əhəmiyyətli bir şey demək olmaz.
Misal üçün oyunçular var ki, əsas milli səviyyəsinə 25-26 yaşda çatırlar. Elə olur ki, hansısa oyunçu gözləməli olur ki, onun mövqeyində oynayan oyunçu karyerasını bitirsin ki, milliyə düşə bilsin. Bu cür oyunçuların beynəlxalq səviyyədə oynaya biləcək yeri yoxdur. Həmin sırada olan futbolçular üçün bu turnirin əhəmiyyəti ola bilər. Heç olmasa bu cür oyunçular belə turnirlədə yığmamızın əsas oyunçuları, məşqçiləri ilə bir təcrübə keçə bilərlər. Lakin bizim milli, Azərbaycan futbolunun inkişafı üçün heç bir əhəmiyyəti olmayan bir turnirdir”.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər