"Səbail" Antalyada heç-heçə etdi

"Səbail" Antalyada heç-heçə etdi
ÖLKƏ FUTBOLU 12 Yanvar 2024 / 20:05 3488
-  A +

“Səbail”in Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb.

QOL.az xəbər verir ki, Şahin Diniyevin komandası Rumıniya təmsilçisi “Universitatya Kluj”la qarşılaşıb.

Oyun qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, “Universitatya Kluj” Rumıniya Superliqasında 29 xalla 8-ci pillədə qərarlaşır.

Əlavə edək ki, "Səbail" 2-ci yoxlama matçını "Fakel"ə qarşı keçirəcək. Rusiya Premyer Liqa təmsilçisi ilə görüş yanvarın 15-də olacaq.

Daha çox


Son xəbərlər
topaz banner