"Sumqayıt" Rumıniya klubuna uduzdu

"Sumqayıt" Rumıniya klubuna uduzdu
ÖLKƏ FUTBOLU 12 Yanvar 2024 / 18:59 3079
-  A +

Mövsümün ikinci yarısına hazırlıqlarını Antalyada davam etdirən “Sumqayıt” bu gün ilk yoxlama oyununa çıxıb.

QOL.az xəbər verir ki, Samir Abasovun komandası Rumıniya təmsilçisi “Hermanştadt” ilə qarşılaşıb. Görüş "Hermanştadt"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Hermanştadt” hazıda Rumıniyanın yüksək liqasında 21 turdan sonra 29 xalla 7-ci pillədə qərarlaşıb.

Əlavə edək ki, “Sumqayıt” yanvarın 16-da Özbəkistanın “Soqdiana” komandası ilə də üz-üzə gələcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner