AFFA-dan baş məşqçi məsələsi ilə bağlı yeni açıqlama

AFFA-dan baş məşqçi məsələsi ilə bağlı yeni açıqlama
ÖLKƏ FUTBOLU 11 Yanvar 2024 / 15:17 6458
-  A +

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli milli komandaya yeni baş məşqçi vəzifəsinə namizədlər haqda danışıb.

QOL.az xəbər verir ki, yığmamıza çalışdıra biləcəklər şəxslər arasında Qurban Berdıyev və Stanislav Çerçesovun adları yer alıb.

E.Məmmədli sport24.ru-ya açıqlamasında deyib ki, hələlik baş məşqçi vəzifəsinə konkret namizədləri yoxdur:

"Azərbaycan millisinin növbəti rəsmi oyunları sentyabrda, yoxlama oyunları isə martda keçiriləcək.

Hələ ki, federasiyamız heç bir mütəxəssisə konkret təkliflə çıxış etməyib. Qurban Berdıyev və Stanislav Çerçesovun namizədliyi müzakirə olunmayıb, lakin sentyabra kimi komandamıza baş məşqçinin seçilməsinə vaxt var”.

Daha çox


Son xəbərlər
topaz banner