"Sabah"ın futbolçusu "Araz-Naxçıvan"da

"Sabah"ın futbolçusu "Araz-Naxçıvan"da
ÖLKƏ FUTBOLU 10 Yanvar 2024 / 18:22 2876
-  A +

Qış transfer pəncərəsinin açılmasından istifadə edən “Araz-Naxçıvan” heyətini yeni futbolçu ilə gücləndirib.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi “Sabah”dan İldar Alekperovu icarəyə götürüb. 

Hər iki cinahda və hücumda oynamaq keyfiyyətinə malik 23 yaşlı futbolçu bu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın heyətində çıxış edəcək. O, 17 nömrəli formanı geyinəcək.

Daha çox


Son xəbərlər
topaz banner