“Kəpəz”in baş məşqçisi Adil Şükürov klubun mətbuat xidmətinə açıqlama verib.
QOL.az xəbər verir ki, 47 yaşlı mütəxəssis komandasının mövsümün 1-ci yarısındakı çıxışı və hazırkı durumu barədə danışıb:
“Ümumi baxanda komandamız yaxşı oyunlar keçirib. Bəzən həmin yaxşı oyunlarda sərfəli nəticə qazana bilməmişik. Komandanın oyunu ümidvericidir. Hədəfimiz heyəti bir qədər də gücləndirərək, turnir cədvəlində daha yüksək yerlərə qalxmaqdır. Bəzən bəxtsizlik, bəzən də oyun üslubundakı çatışmazlıqlar uğursuz nəticələrə gətirib çıxarıb".
"Qısa müddətdə komandanın fiziki durumunu yüksəltməyə və texniki-taktiki baxımdan inkişafına nail olmağa çalışacağıq. Çünki əvvəlki dönəmlərdən fərqli olaraq, budəfəki qış fasiləsi qısadır. Bu qısa müddətdə heyəti formalaşdırmalıyıq. Bu da gərgin iş tələb edir. Çalışacağıq ki, 2 yoxlama oyunu keçirək. Bəzi məqamları futbolçulara daha yaxşı aşılamağa çalışacağıq. Vaxtımız azdır. Bu az vaxtdan maksimum yaxşı istifadə etməliyik” - deyə A.Şükürov əlavə edib.
O, bir neçə gün əvvəl “Səbail”dən transfer etdikləri hücumçu Amil Yunanova böyük ümidlər bəslədiklərini əlavə edib: “Amil Yunanovu “Zirə”də işlədiyim dönəmdən izləyirdim. Həmişə bəyəndiyim futbolçu olub. “Sumqayıt”ın heyətində Azərbaycan çempionatının bombardiri də olub. Komandamıza kömək edə biləcək futbolçu olduğunu düşünürəm. Bizdə daha çox oyun şansı qazanaraq əvvəlki formasını bərpa edəcəyinə inanıram. Məncə, Amilin komandamıza faydası böyük olacaq”.
Mütəxəssis sonda azarkeşlərə də səslənib: "Azarkeşlərdən istəyim odur ki, daim "Kəpəz"i düşünsünlər, "Kəpəz"in uğur qazanması üçün onların üzərinə düşən nə varsa, əllərindən gəldiyi qədər etsinlər. Azarkeşlərin də dəstəyi ilə “Kəpəz”i Premyer Liqada saxlamaq üçün bütün gücümüzü səfərbər edəcəyik".
Qeyd edək ki, "Kəpəz" Premyer Liqada keçirdiyi 18 turdan sonra 14 xal toplayıb və hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video