“Fasilədən, istirahətdən sonra görəcəyimiz çox yaxşı işlərimiz var. Oyunçular məsuliyyətlərini dərk etməlidirlər. Daha çox çalışmalıyıq, 3-cü və 4-cü dövrə daha çətin olacaq. Çempionatımızdakı rəqabətə, standartlara cavab verməliyik”.
Qol.az saytına açıqlamasında bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.
Artıq 2 gündür məşqləri bərpa edən Naxçıvan təmsilçisinin çalışdırıcısı yeni transferlər üzərində iş getdiyini bildirib: “Yeni transferlər üçün planlar var. Transferlər ediləcək. Bəzi yerli futbolçularla danışırıq. Onların arasında həm gənc, həm də təcrübəli oyunçular var. İstərdik ki, heyətimizi yerli futbolçularla zənginləşdirək. Bunun necə alınacağını zaman göstərəcək”.
A.Bağırov “Zirə”nin yarımmüdafiəçisi Rəhim Sadıxovla maraqlandıqlarını təsdiqləyib: “Bu gün Premyer Liqada olan bütün yerli futbolçularla maraqlanırıq. Burada tək Rəhimin adını xüsusilə qeyd etmək istəməzdim. Bütün yerli futbolçulara marağımız var. "Sabah", "Zirə", "Qarabağ"da daha az oyun keçirən yerli futbolçuları komandamızda görməz istərdik. Rəhim Sadıxov da həmin oyunçulardan biridir”.
O, bütün mövqeləri gücləndirmək istədiklərini vurğulayıb: “Sadəcə olaraq bugünkü imkanlar, klublardakı vəziyyət buna imkan vermir. Çalışırıq ki, bütün mövqelərdə yerli futbolçularla rəqabət olsun”.
Bağırov hələlik komandanı tərk edəcək futbolçular barədə məlumat vermək istəmədiyini söyləyib: “Yəqin ki, yerli futbolçuların transferindən sonra hər hansısa dəyişikliklər olacaq. Çünki standartlara cavab verən, oyun tərzimizə uyğun olan futbolçuları saxlayacağıq. Hər hansısa futbolçunu göndərməyəcəyik, sadəcə ola bilər ki, bəzilərini icarəyə verək”.
O, ehtiyatda qalan bosniyalı qapıçı Semir Bukviçlə vidalaşmaq istəmədiklərini qeyd edib: “Bukviçin komandadan ayrılmaq ehtimalı yoxdur. Hələ ki, yerli qapıçı yoxdur ki, Bukviçi əvəz etsin. Həm də Bukviç maddi baxımından yüksək ödənişli deyil, bu baxımdan bizə sərf edir. Odur ki, onunla davam edirik. Yerli qapıçı tapsaq, Bukviç öz ölkəsinə qayıdacaq”.
Mütəxəssis çempionatın ikinci yarısı üçün hədəflərini də açıqlayıb: “Çalışacağıq ki, 3 və 4-cü dövrədə daha sürətli, rəngarəng, çevik "Araz Naxçıvan" görəsiniz. Rəqiblər bizə qarşı daha ciddi hazırlaşır. Biz də öz oyun üslubumuzu, keyfiyyətimizi daha da yaxşılaşdırmalıyıq”.
Avrokuboklar uğrunda mübarizədə “Araz-Naxçıvan”ın rəqibləri olan “Səbail”, “Neftçi”, “Sabah”, “Sumqayıt” kimi klublar təlim-məşq toplanışı üçün Antalyaya yollansalar da, Azər Bağırovun komandası vətəndə qaldı. Mütəxəssis bu məqamın komandası üçün problem yaratmayacağına əmindir: “Bu barədə zərrə qədər də düşünmürük. Komandamız çempionata 10 gün qalmış yığıldı. Liqaya çox yaxşı başladıq. Fikrimcə, 18 oyunda cəmi 2 dəfə zəif matç keçirdik. Çalışacağıq ki, komandamız üçün daha yaxşısını edək”.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video