"Kəpəz" bu qış ilk transferini etdi

"Kəpəz" bu qış ilk transferini etdi
ÖLKƏ FUTBOLU 5 Yanvar 2024 / 15:40 4280
-  A +

"Kəpəz" heyətinə yeni oyunçu cəlb edib.

QOL.az xəbər verir ki, Gəncə təmsilçisi "Səbail"in futbolçusu Amil Yunanovu icarəyə götürüb. Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı hücumçu mövsümün sonuna qədər "Kəpəz"də çıxış edəcək.

Qeyd edək ki, Amil Yunanov bu mövsüm "Səbail"də ümumilikdə 14 oyuna çıxıb, 4 qol vurub və 1 qol ötürməsi edib.

Daha çox


Son xəbərlər
topaz banner