"Baş məşqçimizin düşdüyü vəziyyət çətindir. Anası dünyasını dəyişib. Buna görə çox üzülürük. Hər zamanın onun yanındayıq. Çox yaxşı, ciddi rəqiblə qarşılaşdıq. Oyunda aqressivlik var idi, oyuna davranışları yaxşı idi. Biz erkən qol vurduq. Bundan sonra rəqibin öz hissəsində üstünlüyü ələ aldıq".
QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin məşqçisi Alen-Nikolae Çita Azərbaycan kubokunun 1/8 finalında 1-ci liqa təmsilçisi "Qaradağ-Lökbatan"a qalib gəldikləri oyundan (4:0) sonra mətbuat konfransında deyib.
- Bu matçda daha çox oynamayanlara şans verildi...
- Hər bir oyunçumuz təbrikə layiqdir. Bəli, heyətdə 11 nəfərlik yer var. Məşqdə kim əzmkarlıq göstərirsə, o da əsas heyətdə yer alır. "Qarabağ"la oyundan sonra çətin durumdaydıq. Uduzmuşduq. Kubok oyununa çıxdıq. Bu tip oyunlarda daha çox az oynayanlar meydana çıxır ki, özlərini göstərsinlər.
- İlin son matçına az qalıb. Yəqin ki, Mutu həmin oyunda da olmayacaq. Belə olan halda, əsas yük sizin üzərinizə düşür. "Kəpəz"lə matçdan gözləntiniz nədir?
- Bu oyun haqda danışacağıq, rəqibi analiz edəcəyik. Baş məşqçi ilə də müzakirəmiz olacaq.
- Marko Tamaş "Neftçi"də ilk vaxtlarda əsas heyətdə oynasa da, sonradan əsas heyətdəki yerini itirib. Siz də keçmiş müdafiəçisiz. Tamaş Azər Salahlıdan zəifdir?
- Burada heç bir ayrıseçkilik olmur. Hansı oyunçu daha gərgin məşq edir, o da oynayır.
- Belə çıxır ki, Mark Tamaş Azər Salahlıdan daha istəksiz məşq edir?
- Bu çox sadədir. Hər oyunçunun şansı var ki, əsas heyətdə oynasın.
- "Neftçi" istənilən nəticəni göstərmir. Liderdən 13 xal geri qalmağınızın səbəbini nədə görürsüz?
- Futbol riyaziyyat deyil. Hər dəfə 2+2 4 etmir. Bəzən nəticə 3 və ya 5 ola bilər. Hər futbolçu var gücü ilə çalışmalıdır ki, əsas heyətdə yer alsın. Biz məşqçilər özümüzü təkmilləşdirməliyik.
- Artıq dörd sarı vərəqə almısınızz. Futbolçu dövründə də belə idiniz?
- Bəli. Mərkəz müdafiəçisi olmuşam. Demək istəmirəm ki, nə qədər qırmızı vərəqə almışam. Heç vaxt təslim olmuram. Hər zaman top uğrunda mübarizə aparmağı sevmişəm.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb