"Hər kəsi təbrik edirəm. Burada idman jurnalistləri üçün ilk konfransıdır. Həddindən artıq sevincliyəm. Neçə illər bunu həsrətlə gözləyirdik".
QOL.az xəbər verir ki. bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndidə MOİK-ə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, belə bir tarixi oyunun keçirildiyinə görə çox sevincli olduğunu dilə gətirib: "Heç kim inana bilmirdi ki, ilk oyunumuz məhz Xankəndidə olar. Buna görə başda cənab prezident İlham Əliyev olmaqla, ordumuza təşəkkür edirəm. Şəhidlərə Allahdan rəhmət diləyir, qazilərə şəfa arzu edirəm. Onların sayəsində buradayıq. Bütün xalqımıza həmişə sağlam və xoşbəxt olmağı arzu edirəm. Oyundan danışmağa ehtiyac yoxdur. Bizim üçün çətin oldu. Həm həyəcan var idi, həm də sanki tam hazır deyildik. Burada futboldan başqa söhbətlər gedirdi - Xankəndi, Şuşa haqda danışılırdı. Buna görə bütün diqqət futbola ayrıla bilmirdik. Qolu da son dəqiqələrdə vurduq. MOİK sona kimi mübarizə apardı. Onlara təşəkkür edirəm. Futbolçularıma da təşəkkür edirəm, intizamlı oynadılar".
O, matçdan əvvəl MOİK-in belə yaxşı mübarizə aparacağını gözləmədiklərini deyib: "Bir neçə oyunlarının epizodlarına baxmışdıq, çox yaxşı müdafiə olunur, əks-hücumlara çıxa bilirdilər. Belə oyuna görə futbolçularda həyəcan var idi və performanslarını tam göstərə bilmirdilər".
Mütəxəssis 1/4 finala adlamaqları barədə bunları deyib: "Kubok oyunlarını Xankəndidə keçirmək istəyirik. Lakin bundan sonra bir oyun evimizdə olacaq, rəqib komandalar razılaşar, razılaşmaz bilmirik. Oyunlarımızı burada keçirmək istəyirik və düşünürəm ki, ciddi addımlar atılacaq".
Q.Qurbanov "Oyundan əvvəl prezident İlham Əliyev "İmarət" stadionunda yenidənqurma işlərinin başlayacağını bildirdi. Buna münasibətiniz necədir" sualını cavablandırıb: "Çox xoş oldu. Cənab prezidentin çox yaxşı siyasəti var, var-dövlətimizi geri qaytarmaq istəyir. Ağdamda "İmarət" uzun illər olub və indi oyun qaytarmaq, mədəniyyətimizi qoruyub-saxlamaq istəyir Təşəkkür edirəm ki, belə dərindən düşünür, diqqət ayırır. Stadion hazır olanda orada böyük məmnuniyyətlə oynamağa hazırıq".
O, Riçard Almeydanı əvəzləməsinə də toxunub: "Başından zədə aldı və özünü yaxşı hiss etmədi".
Mütəxəssis MOİK-in bu heyətlə Premyer Liqada mübarizə apara bilib-bilməyəcəyi haqda suala da cavab verib: Birinci "Liqada mübarizə aparacaq, yəqin, heyətini genişləndirəcək. Birdən-birə bizə qarşı belə mübarizə aparmaqları onlara əlavə stimul olacaq. Bu görüşdən sonra gələcəklə bağlı planları da çoxalacaq. Tarixi qoruyub-saxlamaq lazımdır".
Q.Qurbanov "Azarkeşlər komandanın daimi olaraq Ağdamda yerləşməsini istəyirlər. Legionerlər şəhərdən kənarda məskunlaşmaq istəməyə bilərlər. Bu haqda nə deyə bilərsiniz" sualına da münasibət bildirib: "Hazırda oyunlarımızı Bakıda keçiririk. "Qarabağ" Azərbaycanı təmsil edir və struktur, stadion tam hazır olandan sonra bu barədə geniş fikir bildirə bilərik. Klub olaraq həmişə istəmişik ki, xalqımız, vətənimiz üçün düzgün yol seçək, yaxşı nəticələr əldə edək. Hər şey hazır olanda inanıram ki, doğru qərar veriləcək və oyunçular, matçlarla bağlı problem olmayacaq".
O, "Qarabağ" adının, şəhidlərimizin və qazilərimizin komandaya motivasiya verdiyini söyləyib: "Bu ad bizi məsuliyyətli edib. Heç vaxt bu adı unutmayacağıq və məsuliyyətsiz yanaşmayacağıq. Bu, o demək deyil ki, torpaqlarımız geri qayıtdı və bizə motivasiya vermək çətin olacaq. Şəhidlərimizi, qazilərimizi heç vaxt unutmayacağıq. Torpaqlarımız bizimlə olsa da, onlar yoxdur. Bizim üçün canlarından keçiblər. Bu klubda olmaq bizə böyük motivasiya verir. Motivasiyasız meydana çıxmayacağıq".
Q.Qurbanov qolun müəllifinin və qol ötürməsi verən futbolçunun azərbaycanlı olması haqda da danışıb: "Futbolçularım yaxşı oynadıqda, qələbə qazandıqda qürurlanıram. Futbol kollektiv oyunudur. Burada istənilən oyunçumuz qol vura, ötürmə edə bilər. Dəfələrlə bildirirəm ki, heç bir oyunçu arasında fərq qoymuram. Amma sırf onların qol vurması, ötürmə etməsi onları daha motivasiyalı edir".
Baş məşqçi Xankəndi şəhər stadionunun durumundan söz açıb: "Stadion olaraq hər şey müasir standartlara uyğundur. Meydança süni örtüklüdür. Baxmayaraq ki, Bakıda da belə meydançalarımız var. Meydança daha yaxşı vəziyyətdə olsa, hamı üçün sərfəli olar, baxımlı oyun keçər. MOİK-lə matç elə idi ki, meydançanı düşünmürəm. Bu meydança topla davranış üçün xoş olmasa da, buna göz yumacağıq. Meydançanın ot örtüyünün dəyişməsinin planda olacağına inanıram".
Q.Qurbanov sonda "Nəriman qol vursa da, oyundan sonra danışmaq istəmədi və dedi ki, Qurban Qurbanov qadağa qoyub" fikrinə belə münasibət bildirib: "Bu gün qadağa qoymamışdım. Onu bəzən belə müsahibələrdən uzaq saxlayıram. Harda görsəniz, müsahibə ala bilərsiniz".
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq