Bu gün işğaldan azad olunan Xankəndi şəhərində tarixi futbol oyunu keçiriləcək.
QOL.az xəbər verir ki, Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirəcək.
Maraqlıdır ki, bu oyunda “Qarabağ”ın rəqibi işğal altındakı torpaqlarımızı azad edən ordunun mənsub olduğu Müdafiə Nazirliyinin komandası - Mərkəzi Ordu İdman Klubu olacaq.
Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq. Bunadək son dəfə işğal altında olmuş ərazidə oyun 1993-cü ilin may ayında “Qarabağ”la “Turan” (Tovuz) arasında olub. Ağdamın “İmarət” stadionunda keçirilmiş həmin matçda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb. Bu oyundan 2 ay sonra Ağdam işğal edilib. Bu səbəbdən “Qarabağ” rəqiblərini müxtəlif illərdə Mingəçevir, Sumqayıt və Bakıda qəbul edib.
2009 və 2010-cu illərdə isə “Qarabağ” Azərbaycan çempionatı və kubokunda bir neçə ev oyununu Ağdamın işğala məruz qalmayan Quzanlı qəsəbəsində də keçirib.
Qeyd edək ki, bugünkü oyun saat 14:00-da başlanacaq. Matçın qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq. Oyunu minlərlə tamaşaçının stadiondan canlı izləyəcəyi gözlənilir.
Artıq arenada bütün işlər tamamlanıb. Stadionda yeni oturacaqlar da quraşdırılıb. Qapı arxasında tribunalardan birinin üzərində böyük hərflərlə "Qarabağ Azərbaycandır", digərinə isə "Xankəndi" sözləri yazılıb.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb