"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/8 finalında MOİK-ə qarşı Xankəndi şəhər stadionunda keçirəcəkləri matç haqqında danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis "İctimai TV"yə açıqlamasında görüşün Xankəndidə oynanılacağı üçün qürurlu olduqlarını bildirib:
"Öz yerli kubok oyunumuzdur, amma böyük qürur hissi və sevgi ilə Xankəndiyə gedirik. Hətta dünən məşqdə belə komandada əhval-ruhiyyə çox yaxşı idi ki, orada belə bir oyunumuz olacaq. Çox istərdik ki, bu matç gələcəkdə futbolu daha da sevdirsin. Mən bunun olacağına əminəm. Məncə, oyun zamanı daha qürurlu olacağıq. Matçı gözləyirik. Çox şadıq. Bir daha Azərbaycan Ordusuna, əsgərlərimizə, ölkə Prezidentinə təşəkkür edirəm ki, o torpaqların hamısını geri qaytardılar. Biz də böyük qürur hissi ilə oraya yollanırıq".
Q.Qurbanov gələcəkdə avrokubok oyunlarını Xankəndidə keçirməyi istəyib-istəmədikləri ilə bağlı suala da cavab verib: "Çox istəyərik. İnşallah, bu, gələcəyin planıdır. Çünki bunun üçün hər şeyə hazır olmaq lazımdır. Hər şey bütün standartlara uyğun olmalıdır. Böyük məmnuniyyət və sevgi ilə orada oynamaq istəyərik".
Qeyd edək ki, Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK matçı dekabrın 21-i, saat 14:00-da Xankəndi stadionunda başlayacaq.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb