"Komandam sona qədər döyüşdü" - Əsgər Abdullayev

"Komandam sona qədər döyüşdü" - Əsgər Abdullayev
ÖLKƏ FUTBOLU 19 Dekabr 2023 / 19:55 4929
-  A +

"Maraqlı oyun keçdi. "Qəbələ"ni qələbə münasibətilə təbrik edirəm. Sonuncu dəqiqədə qol buraxdıq. Daha diqqətli olmalıydıq. İstənilən halda, futbolçulardan, komandamdan razıyam".

QOL.az xəbər verir ki, bu sözləri "İmişli"nin baş məşqçisi Əsgər Abdullayev Azərbaycan kubokunun 1/8 finalında "Qəbələ"yə uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

O, əzmkar mübarizəyə görə komandasına təşəkkür edib: "Hardasa diqqətsizlik rol oynadı. İstənilən halda, futbolçularıma göstərdikləri oyuna görə minnətdarlığımı bildirirəm. Sona qədər döyüşdülər, vuruşdular. Amma epizodlarda daha diqqətli olmaq lazımdır".

Qeyd edək ki, "İmişli" 90+3-cü dəqiqədə buraxdığı qolla uduzub və kubokda mübarizəni dayandırıb.

Daha çox


Son xəbərlər
topaz banner