"Oyun istədiyimiz məcrada başlamadı. Uşaqlar bir qədər konsentrasiyanı itirmişdilər. Sonra çalışdıq, lazımi zonaları bağladıq. Qələbə münasibəti ilə komandamı təbrik edir, "İrəvan"a isə qarşıdakı oyunlarda uğurlar arzulayıram".
QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Azərbaycan kubokunun 1/8 finalında "İrəvan"ı 8:2 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.
"Premyer Liqa ilə Birinci Liqa arasında fərq böyükdür. Bu, komandaların hazırlıq prosesinə də təsir edir. Bəzən istək, əzmkarlıq ustalıq səviyyəsini üstələyə bilir. Ona görə işimizə ciddi yanaşmalıyıq" - deyə o bildirib.
Mütəxəssis söyləyib ki, istər kubok, istər çempionat oyununa iddialı çıxırlar: "Komandanın oyununu daha da yaxşılaşdırmaq istəyirik. Maksimum nəticə nədirsə, kubokda da, liqada da edəcəyik. Təbii ki, qışda güclənməliyik. Çalışacağıq ki, qış fasiləsində bəzi dəyişiklik edək, əsasən də yerli oyunçular tapaq".
A.Bağırov qış hazırlığının Azərbaycanda keçmələrinin səbəbi ilə bağlı deyib: "Komanda gec yığılacaq, yanvarın 4-də bir araya gələcəyik. Arada da 20 günlük fasilə qalır. Komandanı yığıb Türkiyəyə getmək... Zədələr ola bilər. Düşündük ki, Bakıda yığılaq, bir az hazırlaşaq. Yanvarın 10-dan sonra Qəbələyə də gedə bilərik".
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb