Komanda.az saytının sorğusunda 13-cü dəfə Azərbaycanın ən yaxşı məşqçisi seçilən Qurban Qurbanov tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, mütəxəssis əvvəlcə yenidən ilin məşqçisi seçilməsi haqda danışıb:
- Əvvəlcə məni bu ada layiq görən hər kəsə təşəkkür edirəm. Yenidən bu ilin məşqçisi seçildiyim üçün sevinirəm. İnsanın zəhmətinə dəyər veriləndə əhval-ruhiyyəsi yaxşılaşır. Ona görə də hər kəsə minnətdaram.
- Demək olar ki, bu cür fərdi mükafatlar həm də məsuliyyəti artırır?
- Çox istərdim ki, işimizdə daima uğurlu olaq, yaxşı nəticələr əldə edək. Çünki hər bir klub uğur əldə etmək üçün çalışır. Xüsusən də “Qarabağ” kimi klubda məsuliyyətsiz olmaq qeyri-mümkünür. İstər-istəməz rəqabət artır, klubların sayı çoxlarır. Düşünürəm ki, get-gedə sponsorlar atracaq, rəqabət daha da güclənəcək. Çox istərdim ki, elə rəhbərliklə birlikdə bu klubu yaxşı səviyyədə qoruyub saxlayaq. Çünki “Qarabağ” adının dəyəri bizim hamımız üçün çox böyükdür.
- Uğurlar artdıqca komandanı idarə etmək məsuliyyəti və çətinliyi də çoxalır. Bundan sonrakı işiniz nə dərəcədə çətin olacaq? Və ya bunun öhdəsindən gəlməyin asan yolu varmı?
- Asan yolları var. Amma əgər bizdən daha böyük uğur gözlənilirsə, iş saatımız çoxalır. Rəqiblərimizin təcrübəsi artır, güclənirlər. Oyunlara daha yaxşı hazırlaşmaq üçün islahatlarımız çoxalmalıdır. Komanda olaraq. Çalışacağıq ki, bütün bunları düşünürək addım ataq və iş prinsipimizi artıraq.
- Qalib olduğunuz sorğuda digər namizədlərin adlarını eşitdiniz. Seçim imkanı olsaydı, Qurban Qurbanov kimə səs verərdi?
- Çox istərdim ki, digər məşqçilərin hər birinə də bu ad verilsin. Çünki öz üzərlərində gecə-gündüz çalışırlar. Təcrübə toplayırlar, savadlarını artırırlar. İnanın ki, bəzən onlara qibtə edirəm. Öz işlərini çox sevirlər, heç nəyə fikir vermədən, Azərbaycan futbolu üçün bacarıqlı şəxsiyyət olmaq üçün çalışırlar. İstərdim hamısı ən yaxşı adına layiq görülsün. İnanıram ki olacaq. Hər biri də buna layiqdi. Rəşad Sadıqov, Ayxan Abbasov, Samir Abasov, Elmar Baxşıyev və digərləri. Kimisə unutdumsa, üzürlü hesab etsin. Bu, olacaq və hər birinə uğurlar arzulayıram.
- Avropa Liqasının pley-offu üçün transfer nəzərdə tutulub?
- Sırf pley-off üçün transfer etsək, bu, yanlış olar. Daim çalışırıq güclənək. Hansısa xətdə dəyişklik lazımdırsa, onu dərhal etməyə çalışıram. Dünən də mənə müdafiə xətti ilə bağlı sual oldu. Bəli, hər transfer pəncərəsində hansısa dəyişiklik etmək istəyirəm. Buna bəzən ehtiyac olur. Bizə faydalı ola biləcək futbolçu olsa, onu transfer edəcəyik. Hətta həmin mövqedə 2-3 futbolçumuz varsa belə.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb