“Oyun olduqca çətin keçdi. "Neftçi" yüksək keyfiyyətlərə malik komandadır”.
Bu sözləri QOL.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Misli Premyer Liqasının 17-ci turunda “Neftçi”ni məğlub etdikləri oyun barədə danışarkən deyib.
O, Azərbaycan derbisinə hazırlaşmağın çətin olduğunu bildirib: “3 gün öncəki gecə çılğın emosiyalarla dolu idi. Ona görə də “Hekken”lə qarşılaşmadan sonra bərpa olunub belə bir derbi matçına hazırlaşmaq asan olmur. Bununla belə, bu oyunda ən yaxşısını etməyə çalışdıq. Nəticədə qalib gələn tərəf olduq”.
Andrade uzun müddət “Neftçi”nin qapısına yol tapa bilməmələrinin səbəbini belə izah edib: "Neftçi" buna əsas səbəbdir. Onlar əla kollektivdirlər. Bilirdik ki, asan olmayacaq. Biz bütün matç boyunca onların müdafiəsini yarmağa çalışdıq. Bununla belə yalnız sonda üzümüzə güldürən sonluğu tapa bildik”.
24 yaşlı futbolçu Avropa Liqasının pley-off mərhələsinin püşkünü də dəyərləndirib. Portuqaliyalı yarımmüdafiəçi "Braqa"ya rəqib olduqları üçün sevindiyini vurğulayıb: “Xoşbəxt olmaya bilmərəm. Püşkdən öncə qeyd etmişdim ki, Portuqaliyadan olan rəqibin gəlməsini arzulayıram. Bu, mənim üçün olduqca vacibdir. Mənim üçün böyüdüyüm ölkənin klubuna qarşı oynamaq prinsipial xarakter daşıyır. Ailəm oradadır və məni izləyəcəklər. Bu baxımdan mənim üçün vacibdir”.
L.Andrade qeyd edib ki, “Braqa” ilə matçlarda bütün güclərini meydanda qoyacaqlar: "Braqa"nın gücündən xəbərdarıq. Əla kollektiv formalaşdırıblar. Onların son oyunlarda qazandığı nəticələr barədə məlumatımız var. Amma biz ilk olaraq özümüzə inanmalıyıq. Hər matçda özümüzə inanıb meydana çıxırıq. Sona qədər döyüşəcəyik. İnam öndə gedir”.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb