"Hekken"in baş məşqçisi Per Matias Hoqmo Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Qarabağ"a uduzduqları matçdan (1:2) sonra mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, mütəxəssis əvvəlcə "Qarabağ"ı Avropa Liqasının pley-offuna adladığı üçün təbrik edib:
- "Qarabağ"ı təbrik edirəm. Onlara qarşı oynamaq təcrübə idi. Avropa Liqasında yollarına davam edəcəklər. Onları izləməyə çalışacağam. Bu oyun bizim üçün çətin keçdi. İlk dəqiqədəki qol planlarımızı pozdu. Amma şanslarımız var idi. Sadəcə istifadə edə bilmədik. Bizdə mövsüm bitib. Növbəti mövsümdə Konfrans Liqasında oynayacağıq. Qrupdakı altı oyun bizim üçün təcrübə oldu. Bu təcrübədən gələn il Konfrans Liqasında istifadə edəcəyik.
- "Hekken"in baş məşqçisi kimi sonuncu oyununuz idi. Bakıdan hansı təəssüratla ayrılırsınız?
- İki il yarım idi ki, "Hekken"də baş məşqçi idim. İsveç çempionu olduq, oyunçular satdıq, komanda gəlir əldə etdi. "Hekken" indi daha güclüdür. Komandadan yaxşı əhval-ruhiyyə ilə ayrılıram.
- "Qarabağ"ın baş məşqçisinin oğlu Musa Qurbanlının "Yurqorden"də oynadığını bilirsiniz? Onun haqda nə düşünürsünüz?
- Əvvəlki klubumda oynayır. Onun oyununu izləmək həyəcanlıdır. Yanvardan başlasa, daha yaxşı təəssürat bağışlayacaq.
- Hər iki matçda "Qarabağ"a uduzdunuz. Fərqli oyun stilində oynasaydınız, "Qarabağ"ı uda bilərdiniz, yoxsa istənilən halda, səviyyə fərqi imkan verməyəcəkdi?
- İlk matçda demək olar ki, bərabərsəviyyəli oyun getmişdi. Hətta penaltimiz verilməmişdi. Verilsəydi, bəlkə də başqa cür olardı. Bu gün də yaxşı oynadıq. "Qarabağ"ın beynəlxalq səviyyəli oyunçuları var. Bizdə belə futbolçular yoxdur. Bu da öz təsirini göstərir.
- Sizcə, "Qarabağ" bundan sonrakı oyunlarda necə təəssürat bağışlaya bilər?
- "Qarabağ"ın fərdi olaraq yaxşı oyunçuları var. Xüsusən də hücumda və mərkəzdə. "Qarabağ" daha güclü rəqiblərlə oyunlarda da qol vurub, fərq yarada bilər. Onlar üçün həyəcanlı püşkatma olacaq. Gözləyək, görək rəqib kim olacaq. "Qarabağ"ın qruplarda çox böyük təcrübəsi var. Bunu da öz oyununda göstərir.
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu