"Ankaragücü"nün prezidenti Faruk Kocanın və digər bir neçə şəxsin hücumuna məruz qalan hakim Halil Umut Meler xəstəxanadan evə buraxılıb.
QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, polislərin müşaiyəti ilə İzmirə yollanıb.
Halil Umut Melerin müalicə aldığı xəstəxananın baş həkimi Mehmed Yörubulut açıqlamasında referinin vəziyyətinin yaxşı olduğunu deyib: "Halil Umut Meler evə buraxıldı. Getdiyi yerdə də nəzarətdə saxlanılacaq. Gözündəki şişkinlik xaric olmaqla hər hansı bir problemi qalmayıb. Travma səbəbi ilə boynunda düzləşmə olmuşdu. Tədbir məqsədi ilə boyunluq taxdıq. Sınıq zamanla yaxşılaşacaq. Sadəcə kiçik bir çatdır. Başqa bir problem yoxdur".
Qeyd edək ki, “Ankaragücü” klubunun prezidenti Faruk Koca “Rizespor”a qarşı keçirdikləri matçdakı idarəçilikdən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Referi aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib. F.Koca ilə yanaşı, hakimi vuran 2 şəxs də həbs olunub.
Qeyd edək ki, Halil Umut Melerin son hadisə səbəbindən hakimlik karyerasını bitirəcəyi haqda məlumatlar rəsmi təsdiqini tapmayıb.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu