Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ankaragücü” – “Rizespor” matçından sonra döyülən və xəstəxanaya yerləşdirilən hakim Halil Umut Melerə zəng edib.
QOL.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Ölkə başçısı referiyə dəstəyini bildirib:
"Halil bəy, həqiqətən çox təəssüflənirik. Allah şəfa versin. Belə hadisənin olması bizi ciddi mənada narahat etdi. Rizəli kimi mən çox üzüldüm. Çünki Rizə matçında belə bir şeyin olması bizi təəssüfləndirdi. Ədliyyə Naziri, Daxili İşlər Nazirinə və digər dostlarımıza dedim ki, nə lazımdırsa,etsinlər. Allah şəfa versin" - deyə Ərdoğan bildirib.
Ərdoğan H.U.Melerdən sağlıq durumu ilə bağlı məlumat da alıb.
Qeyd edək ki, “Ankaragücü” klubunun prezidenti Faruk Koca “Rizespor”a qarşı keçirdikləri matçdakı idarəçilikdən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Referi aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib.
"Qarabağ" "Dinamo"ya məğlub oldu
Vinisius "Real"la yeni müqavilə imzaladı
"Napoli" üçün yeni stadion tikiləcək
"Kəpəz" evdə "Karvan-Yevlax"a qalib gəldi
"Şəfa" rəhbərliyi komandanın düşərgəsində
Slavik Alxasov 1-ci liqa klubunda
Qurban Qurbanovdan məcburi yerdəyişmə - Savonu o əvəzlədi
"Barselona"dan Alvares qərarı
“Qarabağ” “Dinamo” ilə oyuna bu heyətlə çıxır
Həm əsas, həm U-20 millisini çalışdıracaq
"Qalatasaray"a keçə bilər
“Real” tarixinin ən bahalı transferi oldu
Asim Xudiyevə UEFA-dan təyinat
Salah yeni klubunda nə qədər qazanacaq? - Rəsmən açıqlandı