Qadınlardan ibarət Azərbaycan milli komandasının kapitanı Sevinc Cəfərzadə həyat hekayəsindən bir hissə danışıb.
QOL.az xəbər verir ki, o, İctimai TV-də yayımlanan “Bol idman” verilişində bildirib ki, futbolda əldə etdikləri uğurlarına görə anasına borcludur: "Mən bir şeyi qeyd etmək istəyirəm ki, Fərruz və Bəhruz adlı kəndçilərim ilk dəfə bizim evə gəldilər. Bakıda komanda var dedilər. 2006-cı ildə istədilər ki, paytaxta gəlməyimizə kömək etsinlər.
Bu səviyyəyə gəlib çatmağımı anama borcluyam. Həmişə elə bilirdim ki, atam futbol oynamığıma icazə verib. Sən demə, atam qız uşağıyam, Bakıya gedərəm, nəsə olar deyə bunu istəmirmiş. Məni Bakıya aparmaq istəyən kəndçilər həyətdən çıxıb gedəndə digər qapıdan çıxıb onları qarşısını kəsib ki, arzum yerdə qalmasın. Atamı isə birtəhər yola gətirib. Mən Bakıya gəlməyimdə ilk addımımın belə olduğunu anam rəhmətə getdikdən sonra bildim. Buna görə anama təşəkkür edirəm" - deyə o qeyd edib.
S.Cəfərzadə bu sözləri deyərkən göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, Azərbaycan millisi ardıcıl 5 qələbə ilə Millətlər Liqasında C Liqasının 3-cü qrupunu 16 xalla birinci pillədə başa vurub və B Liqasına yüksəlib
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu