“Qarabağ” klubunun prezidenti Tahir Gözəl komandasının dünən Avroliqanın “Molde”yə qarşı səfərdəki qrup marçı (2:2) barədə fikirlərini bildirib.
O, Qol.az saytının sualına cavab olaraq “Qarabağ”ın oyunundan və qazandığı nəticədən razı qaldığını bildirib.
T.Gözəl deyib: “Avropa Liqasının qrup mərhələsinin sonuna bir oyun qalmış qitə səhnəsində çıxışımızı davam etdirəcəyimiz, minimum UEFA Konfrans Liqasında mübarizə aparacağımız qətiləşdi. Bu, Azərbaycan futbol tarixində “Qarabağ”ın yazdığı növbəti şanlı səhifədir. Çətin Norveç səfərində qazandığımız 1 xalla turnirdə növbəti mərhəyə çıxmaq şansımızı biraz da gücləndirdik. Hər zamankı kimi meydanda mübariz, cəsarətli, son ana qədər döyüşən bir “Qarabağ” gördük. Bu, məni çox sevindirdi. Komandamın göstərdiyi oyun, qazandığı nəticələr, ortaya qoyduğu birlik ruhu Qurban Qurbanovun şah əsəridir.
Matçın son dəqiqələrinə məğlub girsək də, futbolçularımız ruhdan düşmədi, baş məşqçimizin əl atdığı taktiki gedişlər öz bəhrəsini verdi. Oyuna əlavə olunmuş dəqiqələrdə müdafiəçimizin hücüm xəttində fərqlənməsi bu fakta bariz nümunədir”.
“Bəs, “Hekken”ə qarşı keçiriləcək qrup son matçında “Qarabağ”dan gözləntiniz nədir?” sualına T.Gözəlin cavabı belə olub:
“Avropa arenasında asan oyun olmur. Bütün sürprizlərə hazır olmalıyıq. Qrupun həlledici matçında, doğma meydanda İsveç təmsilçisi “Hekken”i qəbul edəcəyik. Taleyimizin öz əlimizdə olduğu yekun turda komandamın öz missiyasını layiqincə yerinə yetirəcəyinə, azarkeşlərimizin də dəstəyi ilə mübariz ruh ortaya qoyacağına, növbəti tarixi nəticəyə - ölkə futbol tarixində ilkə imza atacağına inanıram. Çox təəssüf hissi ilə bildirmək istərdim ki, öncədən planlaşdırılmış və təxirəsalınmaz iclaslarımla bağlı 13-17 dekabr aralığında ölkə xaricində olacağıma görə sözügedən oyunu stadiondan izləmək, o həyəcanı, o alovu komandamla birgə yaşamaq, o tarixi ana azarkeşlərimizlə birgə canlı şahidlik etmək imkanım olmayacaq. Bu, məni çox üzsə də, komandamla sıx əlaqədə olacağam və matçı televiziya vasitəsilə canlı izləyəcəyəm”.
T.Gözəl klubun yaxın gələcək planları haqda saytımızın sualını da cavablandırıb. Onun dediyinə görə, dekabrın 18-də klub rəhbərliyi və texniki heyətlə cari mövsümdəki çıxışı ətraflı şəkildə dəyərləndirəcəklər, qış fasiləsindən sonrakı dövr üçün növbəti addımlar və planlar barədə müzakirələr aparacaqlar.
Argentina millisi Avstriyaya qalib gəldi - Yenilənib
FİFA hakimləri aşağı liqaya göndərildi
Cənubi Koreya yığmasından radikal qərar
Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
Demiçelis bu klubu çalışdıracaq
"İmişli" yeni hücumçu transfer etdi
“Zirə”nin “Torpedo” ilə oyunları: harada və nə vaxt?
“Sabah” - TNS oyunlarının vaxtı açıqlandı
“Qarabağ”ın Avroliqadakı oyunlarının vaxtı müəyyənləşdi
Gənc ulduzun uğur tilsimi davam edir
İtaliya Futbol Federasiyasının yeni prezidenti bəlli oldu
Argentina - Avstriya matçının heyətləri açıqlandı
"Mançester Yunayted" yeni stadion tikir
"Ronaldo əvəzlənməyi qəbul etməlidir"
"Nə etməli olduğumuzu bilirik"
Millimizin gələcək hədəfləri müzakirə olundu
Azərbaycan millisi İngiltərəyə rəqib oldu
Qazaxıstan millisində baş məşqçi istefası
“Qarabağ”ın heyətində kimlər yer alıb? - Siyahı
Alman futbolçu üçün mundial erkən başa çatdı
Uruqvay - Kabo-Verde matçı mundialların tarixinə düşdü
Azərbaycan millisi Tacikistanla qarşılaşacaq
"Qarabağ" iki qapıçı ilə yolları ayırdı - Rəsmi
18 yaşında mundialın ən dəqiqidir
Dokunu tənqid edən aparıcı işdən çıxarıldı
Marko Yankoviç “Qarabağ”da qalır!
Salah Misir millisinin tarixinə düşdü
"İmişli"də ayrılıq
"Sabah"ın rəqibləri məlum oldu
Messinin ən böyük heykəli hazırlandı - Video
"Araz-Naxçıvan"dan növbəti transfer
AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
TFF prezidentindən Montellaya dəstək
Uruqvay qələbəni bu cür əldən verdi - Video
“Turan Tovuz”a görə məyus oldum” - Ruan Renato
"Qarabağ" Avstriyaya yollandı
Fatih Terimdən azarkeşlərə müraciət
Salah yenə ön planda
Yankoviç Superliqa klubunun maraq dairəsinə düşüb
İspaniyanın böyükhesablı qələbəsi - Video
Belçikadan qol buraxmadı, matçın ən yaxşısı seçildi
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu