"Bizim üçün vacib oyundur. Çox bacarıqlı komandaya qarşı oynayacağıq. "Molde" özünəməxsus oyunu olan və çox yaxşı sistemi icra edən komandadır".
OOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində sabah "Molde" ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
O, səfər matçında xarakter göstərməli olduqlarını bildirib: "Hər iki komandaya yaxşı nəticə lazımdır. Bəlkə hava şəraiti bizim üçün tam gözlənilməz oldu. Amma meydança amili, həm də hava şəraitini düşünməliyik. Futbolçularım sabahkı oyunda bu günə kimi etdikləri və göstərdikləri xarakterdən daha artığını etməlidir ki, buradan yaxşı nəticə ilə qayıdaq. Futbolçulara güvənirəm. Sabah istənilən şəraitdə özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq".
Q.Qurbanov əvvəllər də soyuq hava şəraitində çıxış etdiklərini xatırladıb: "Hər iki komanda üçün şərait eynidir. Düzdür, rəqib bu şəraitdə oynamağa alışıb. Onların üstünlüyü də budur. Bu oyunlar əlavə stimul ola bilər. Mütləq ki, futbolçulara bunları bildiririk. Amma bəzən mən çox istəyirəm ki, futbolçularım bu günə qədərkindən daha yaxşı və daha möhkəm olsunlar. İlk dəfə deyil. İnanıram ki, bacarmaq üçün hər şeyi edəcəklər".
Baş məşqçi qeyd edib ki, qrupdakı sıralamanı nəzərə alsaq, sabahkı oyunda mümkün heç-heçəni də uğurlu nəticə hesab etmək olar: "Bəli, niyə də yox? Amma futbol elə oyundur ki, minimalhesablı məğlubiyyət son oyunlarda hər şeyi dəyişə bilər. Bunları oyundan sonra düşünəcəyik. Amma sabahkı oyunda motivasiyamız daha yaxşı nəticə əldə etməkdir. Oyunun gedişatında ümumi nəticəni analiz edəcəyik".
Q.Qurbanov UEFA-da keçirilən səsvermədə azarkeşlərin 78 faizinin "Qarabağ"ın qalib gələcəyini düşünməsi haqda da fikir bildirib: "İnandıqlarına görə təşəkkür edirəm. Amma biz bunu düşünərək meydana çıxmayacağıq. Biz sadəcə hər şəraiti, oyunun gedişatını nəzərə alacağıq ki, uğurlu nəticə olsun. İnam varsa, bu, bizə verilən böyük dəyərdir. Sabah da çalışacağıq ki, daha yaxşı nəticə əldə edək".
Q.Qurbanov sabah öz oyun üslublarına sadiq qalacaqlarını da əlavə edib: "Bütün oyunlarda rəqibdən asılı olmayaraq, ilk düşüncəmiz öz oyunumuzdan əl çəkməməkdir. Sadəcə, rəqib buna nə dərəcədə imkan verir? Uğurlu nəticə əldə etmək istəyiriksə, ilk olaraq öz oyunumuzdan maksimum istifadə etməliyik. Sabah da çalışacağıq ki, futbolçulardan bunu tələb edək. Bunu düzgün yerinə yetirmək lazımdır. "Molde" təcrübəli komandadır, öz oyun sistemindən əl çəkmir. Biz qalib gəlmək istəyirik, bu haqda rəqib də düşünür. "Molde"nin də oyunu var və daim onu yerinə yetirməyə çalışır. Sabah meydanda iki keyfiyyətli, bacarıqlı komanda üz-üzə gələcək".
P.S. Jurnalistlərin Norveçə ezamiyyəti Etopaz-ın dəstəyi ilə həyata keçirilib.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat