"Bu komanda ilə getməli olduğum yolu getdim. Lazımi qiymətləndirmələri edərək, nəticə baxımından qeyri-adi işlərlə maksimuma çatdığımı düşünürəm".
QOL.az xəbər verir ki, bu sözləri İtaliyanın "TuttoMercato" nəşrinə açıqlamasında Azərbaycan millisinin baş məşqçi vəzifəsindən ayrılan Canni De Byazi deyib.
De Byazi AFFA-nın onunla müqaviləni yeniləməməsi haqqında danışıb: “Mən perspektivi olan kifayət qədər gənc komandanı tərk edirəm. Burada dayanıram. Hər şeyin əvvəli olduğu kimi sonu da olur. Mənim də oradakı işim bitdi".
İtaliyalı mütəxəssis Azərbaycan millisinin durumu və yığmanın onun baş məşqçiliyi altında keçirdiyi oyunlar barədə də fikirlər səsləndirib: "Azərbaycan reytinqdə 120-ci yeri tutan milli komandadır. İstənilən halda biz İsveç kimi yüksək reytinqli komandaları 3:0 hesabı ilə məğlub etməyi bacardıq. Sonra da Belçikaya 0:5 hesabı ilə uduzsaq da, komandanın meydanda necə mübarizə apara bildiyini göstərdik. Elə Avstriyaya qarşı görüşdə də".
67 yaşlı məşqçi gələcək karyerası haqda bunları deyib: "İndi yeni ilin gəlişini gözləyirik. 2024-cü ildə nəzərdən keçirmək üçün bir seçim olacaqsa, onu qiymətləndirməyə hazıram".
Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinə baş məşqçilik edirdi. Onun rəhbərliyi altında komanda Avro-2024-ün seçmə mərhələsini 7 xalla 4-cü pillədə başa vurub.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat