Gürcüstan millisinin və "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya ötən ay "Qızıl top"un mükafatlandırma mərasimində Lionel Messinin onu necə təəccübləndirməsindən danışıb.
QOL.az goal.com-a istinadən xəbər verir ki, 22 yaşlı oyunçu tədbir zamanı argentinalı hücumçunun onun əlini sıxmasına və təvazökarlığına təəccübləndiyini söyləyib. Xviça Messiyə bu jestinə görə təşəkkür edib.
"Messi sağ tərəfimdə oturmuşdu. Reklam sırasında ayağa qalxmamağımız və çox hərəkət etməməyimlə bağlı bizə xəbərdarlıq edilmişdi. Buna görə də yerimdə oturmuşdum. Sonra Messi anidən ayağa qalxdı və mənə doğru gəldi. Nə baş verdiyini anlamadım, amma o, əlimi sıxdı. Ona bu jestinə görə təşəkkür edirəm. Messi gözəl insandır" - deyə Xviça bildirib.
Qeyd edək ki, X.Kvaratsxeliya bu mövsüm "Napoli" forması ilə meydana çıxdığı 15 matçda 3 qol vurub, 5 qolun ötürməsini verib.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu