“İsveçlə oyunda qazanılan böyükhesablı layiqli qələbədən sonra, futbolumuzda cərəyan edən ümumi durumla bağlı məsələlərə kompleks halda yanaşılmasının vacibliyini bildirmiş, eyforiyaya qapılmaması fikrini önə çəkmişdim. Hər qələbə önəmlidir, azarkeşlər sevinir, ruh düşgünlüyü yaranmasın deyə, milli adına dəstək verilir...”
Qol.az xəbər verir ki, bu sözləri futbol mütəxəssisi, “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov özünün Feysbuk səhifəsində yazıb.
O, Avro-2024-ün Belçika - Azərbaycan oyununu (5:0) şərh edərkən qeyd edib ki, obyektiv yanaşılsa, yığmanın Belçika qarşısında qələbə qazanmaq şansı nəzəri görünürdü, hətta bərabərə qalmağın faiz dərəcəsi çox aşağı idi: “Bu, yığmaya inamsızlıq deyil, güclü rəqib qarşısında real vəziyyətin göstəricisidir. Problem millidə yox, illərdir cavabdehlərin Azərbaycan futboluna olan baxışlarındadır.
De Byazinin son mətbuat konfranslarında, müsahibələrində açıq sezilən, medianın, futbol ictimaiyyətinin üzərinə psixoloji hücumu, saymazyana davranışının bumeranq cavabı, həftələr, gün, an məsələsi idi. "Turist səfərlərinə" növbəyə duran AFFA rəhbərliyində bir səlahiyyətli məmur tapılmadı ki, yumşaq dillə desək, baş məşqçinin hərəkətlərinə diqqət edilməsi vacibliyini onun nəzərinə çatdırsın”.

T.Süleymanov bildirib ki, səfər görüşündən öncə start 11-liyi, qalib heyətlə bağlı çətinliklər yaranmışdı, Ramil Şeydayev, Bəhlul Mustafazadə cəzalı duruma düşmüşdülər, rotasiyaya gedilməsi məcburiyyəti yaranmışdı: “Belə vəziyyətdə heyət seçiminə daha həssas yanaşılmalı idi.
Zədəli, öz optimal formasından uzaq olan, klubunda daimi çıxış etməyən, kobudluğu, məsuliyyətsizliyi ilə seçilən, rəqibin ciddi təzyiqi ilə üzləşəcəyi öncədən məlum olan, meydanda ən önəmli mövqelərdən birininin Eddi İsrafilova həvalə edilməsi, güvənilməsi heç bir məntiqə sığmır. Öncədən bəlli idi, sürətli futbolçular qarşısında, ikili mübarizələrdə Eddi çatdırmayacaq. Höccət kimi ağır futbolçunu da bura əlavə etdikdə, yığma 9 nəfərlə oyuna başladı.
Belə bir görüşün əvvəllində, "afro-ispan"ın, hakim termini ilə deyilsə, düşüncəsizlik edib ardıcıl iki sarı vərəqəlik hərəkətə yol verməsi, millini, komanda yoldaşlarını mənəvi məhv etməsi demək idi. Azərbaycan futboluna heç bir xeyir verməyən, kimlərinsə sayəsində milliləşdirilən, milyonlar qazananlara nə vaxtsa yox deyiləcək? Bu mənasız, yaşı keçmiş, heç bir perspektiv vəd etməyən milli üzvlərindənsə, öz yetirmələrımizin oynaması daha doğru olmazmı?!
Heç kim demir ki, yerli futbolçular oynasa, qələbələr sıralanacaq. Ən azından öz futbolçularımız meydanda döyüşəcək, gənclər isə təcrübə qazanacaq. Müharibə vaxtı düşmənlərimizlə münasibətləri pozmayan, millidən yayınanlara tək millidə yox, Azərbaycan futbolunda yer olmamalıdır! Belələri ilə yanaşı, onlara şərait yaradan, milli-mənəvi dəyərlərdən uzaq olan, şəxsi mənafelərini güdən məmurlar da ölkə futbolundan birdəfəlik yox edilməlidir. Əgər futbolun düzəlməsi, dirçəlməsi, inkişafı istənilirsə...”
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi
"Real" Ardanın zədələndiyini açıqladı
İstanbul derbisinin hakimləri bilindi
"Sabah" Rəvan Həmzəzadəni özü ilə aparacaq?!
Artetanın oğlu "Arsenal"da debüt etdi
Yamal zədələndi
Onlar da İngiltərə Premyer Liqasını tərk edəcəklər
Qurban Qurbanov nəyə və kimlərə gülürdü?
"Çelsi"də baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşdi
Azərbaycan boksçusu dünya kubokunda daha bir qələbə qazandı
"Hamı gördü, təmiz penalti idi" - Fabian Buntiç
Nəriman qələbəni kənardan izlədi
DÇ-2026-da İranı İtaliya ilə əvəzləməyi təklif etdi
Benzia "Sabah" - "Qarabağ" oyunu haqda - "Hakim biabırçıdır"
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Qalatasaray" kubokla vidalaşdı - Video
Azərbaycanın güləş millisi Avropa çempionu oldu
"Sabah" - "Qarabağ" matçından - Video
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
London klubu avrokuboklardan kənarlaşdırıla bilər
"Çelsi" baş məşqçisini göndərdi
“Qarabağ”ın qapıçısı qırmızı vərəqə aldı
Türkiyə klubundan kəskin etiraz - Hakimi dəyişin
Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər
"Milan"ın yay transfer büdcəsi bəlli oldu
“Sabah” - “Qarabağ”: Heyətlər