Xəbər verdiyimiz kimi, noyabrın 16-da Bakıda Avropa Klublar Assosiasiyasının (ECA) hüquq, kommersiya və üzvlük departamentinin regional toplantısı keçirilib.
Tədbir "Qarabağ"ın İdarə Heyətinin və ECA-nın İcraiyyə Komitəsinin üzvü Asif Əsgərovun təşəbbüsü ilə ölkəmizdə keçirilib. Tədbirdə Azərbaycan Premyer Liqasının bütün komandalarının, Gürcüstanın klublarının nümayəndələri, həmçinin ECA-nın departamentinin rəhbərləri və baş müşaviri iştirak ediblər.
Görüşdə Azərbaycan Premyer Liqasında çıxış edən bütün komandalar quruma üzv olublar. Bunadək Azərbaycanın yalnız dörd klubu ECA-da təmsil olunsa da, Əsgərovun təklifi ilə digər Premyer Liqa təmsilçiləri də quruma qoşulublar. Bu, klublara qurumun xidmətlərindən istifadə etmək imkanı verəcək.
Toplantı ilə bağlı Qol.az saytına açıqlama verən Asif Əsgərov bildirib: "Əsas odur ki, Azərbaycan Premyer Liqasının bütün klubları Avropa Klublar Assosiasiyasına üzv seçildi. Varşavada keçirilən İcraiyyə Komitəsinin iclasında xahiş etmişdim ki, Azərbaycana da gəlsinlər, Avropa Klublar Assosiasiyasının fəaliyyəti ilə bizim klublarımıza da yaxından tanış etsinlər".

O, Misli Premyer Liqasında çıxış edən bütün komandalar Avropa Klublar Assosiasiyasına üzv olmasından danışıb.
A.Əsgərov ECA-nın İcraiyyə Komitəsinin iclasında qurumun nümayəndələrinin Azərbaycana gəlməsi üçün addım atdığını və qurumun onun xahişini müsbət cavablandırdığını bildirib: "Ən güclü heyət olan, hətta UEFA-dan, FİFA-dan belə üstün bir hüquq departamenti var ki, onların kommersiyaya, idman işlərinə baxan rəhbərləri, eyni zamanda baş konsulu Azərbaycana gəldi. Onlar normalda illik 5-6 ölkəyə səfər edə bilirlər. Sağ olsunlar ki, sıx qrafikdə olmalarına baxmayaraq, Azərbaycana gəldilər. Həmçinin bu, regional bir görüş idi. Orada Gürcüstanın da klub nümayəndələri iştirak edirdilər. Əsas məqsəd göstərilən xidmətlərin klublara çatdırılması idi. Sponsorluqdan, kommersiya işlərindən tutmuş futbolçularla müqavilələrə, agentlərlə işlərə, UEFA və FİFA-nın son işlərinə qədər əhatə edən dialoqlar, sual-cavablar oldu".
A.Əsgərov bunadək Avropa Klublar Assosiasiyasına cəmi 4 Azərbaycan klubunun üzv olduğunu deyib: "Bakıdakı görüş üçün "Viktoriya"nın (Plzen, Çexiya) bir nümayəndəsi də Azərbaycana gəlmişdi. Klublarımızın xidmətlərdən istifadə edə bilməsi üçün ötən dəfə üzvlük məsələsini qaldırmışdım. İndiyədək bizim cəmi 4 komandamız Avropa Klublar Assosiasiyasının üzvü idi".
O qeyd edib ki, artıq Premyer Liqada çıxış edən klublarımız ECA-nın bütün xidmətlərindən istifadə edəcəklər: "İndi şükürlər olsun ki, Premyer Liqamızın 10 klubunun hamısı Avropa Klublar Assosiasiyasının üzvüdür və bütün xidmətlərdən istifadə edə bilərlər. Məsələ təkcə xidmətlərdən istifadə deyil, həm də Avropaya inteqrasiyadır. ECA-nın göstərdiyi xidmətlər çox geniş bir dairəni əhatə edir. Qarşıda AMP deyilən bir tədris başlayacaq. Bu, akademiya rəhbərləri üçün tədrisdir. Futbol akademiyalarının olduğu ölkələrdə dərslər keçirilir və sonda diplomlar verilir. Bu, akademiya rəhbərləri üçün çox böyük bir şans olacaq. Klub idarəçiləri üçün də ayrı-ayrı layihələr olur. Mən də 2017-ci ildə Azərbaycanda o layihələrdən birini başa vurmuşdum".
Nur Zeynalova
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi
"Real" Ardanın zədələndiyini açıqladı
İstanbul derbisinin hakimləri bilindi
"Sabah" Rəvan Həmzəzadəni özü ilə aparacaq?!
Artetanın oğlu "Arsenal"da debüt etdi
Yamal zədələndi
Onlar da İngiltərə Premyer Liqasını tərk edəcəklər
Qurban Qurbanov nəyə və kimlərə gülürdü?
"Çelsi"də baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşdi
Azərbaycan boksçusu dünya kubokunda daha bir qələbə qazandı
"Hamı gördü, təmiz penalti idi" - Fabian Buntiç
Nəriman qələbəni kənardan izlədi
DÇ-2026-da İranı İtaliya ilə əvəzləməyi təklif etdi
Benzia "Sabah" - "Qarabağ" oyunu haqda - "Hakim biabırçıdır"
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Qalatasaray" kubokla vidalaşdı - Video
Azərbaycanın güləş millisi Avropa çempionu oldu
"Sabah" - "Qarabağ" matçından - Video
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
London klubu avrokuboklardan kənarlaşdırıla bilər
"Çelsi" baş məşqçisini göndərdi
“Qarabağ”ın qapıçısı qırmızı vərəqə aldı
Türkiyə klubundan kəskin etiraz - Hakimi dəyişin
Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər
"Milan"ın yay transfer büdcəsi bəlli oldu
“Sabah” - “Qarabağ”: Heyətlər