AFFA İntizam Komitəsi Azərbaycan 2-ci liqasının 11-ci turunda keçirilən matçlardakı qayda pozuntları ilə əlaqədar qərarlar qəbul edib.
QOL.az xəbər verir ki, “Kür-Araz” – “Baku Sportinq” oyununun fasiləsində hakimin qərarına etiraz görə ikinci sarıdan qırmızı vərəqə almış “Kür-Araz” klubunun baş məşqçisinin köməkçisi Üzeyir Sefizadə matç başa çatdıqdan sonra hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanıb, “Kür-Araz” klubu 400 manat cərimə edilib.
“Füzuli” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şahdağ Qusar” klubu 70 manat cərimə edilib.
Eyni oyunun 90+4-cü dəqiqəsində “Şahdağ Qusar” klubunun 8 nömrəli futbolçusu Fərman Qənbərov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Şahdağ Qusar” klubu 50 manat cərimə edilib.
13.11.2023-cü il tarixində II Liqanın XI turunun “Qusar” – “Ağdaş” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qusar” klubu 100 manat cərimə edilir (maddə 72.4);
“Kürmük Qax” –Lerik” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Kürmük Qax” klubu 100 manat cərimə edilib.
“Dinamo” – “Şəfa” oyununda “Dinamo”nu 4 futbolçusu sarı vərəqə aldığına görə klub 70 manat cərimə edilib.
“Dinamo” – “Şəfa” oyununun 41-ci dəqiqəsində “Dinamo”nun 1 nömrəli futbolçusu İbrahim Bağırov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 80 manat cərimə edilib.
“Cəbrayıl” – “Şəki Siti” oyununda “Şəki Siti”nin 4 futbolçusu sarı vərəqə aldığına görə “Şəki Siti” klubu 70 manat cərimə edilib.
“Göygöl” – “Şəmkir” oyununda “Göygöl” klubu matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir