"Eminə verilən sual düzgün deyil. Heç kim deyə bilməz ki, mübarizə aparmırıq, meydanda ürəyimizi qoymuruq. Güclü rəqiblərə qarşı oynayırıq. Belə matçlarda uduzmaq normaldır. Təbii ki, səhvlər olur və bu, bizə baha başa gəlir. Azərbaycan millisi tarixində ilk dəfədir ki, 5 komandanın yer aldığı qrupda 4-cü yerdədir. Belə bir şey heç vaxt olmayıb".
QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsində İsveçlə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
"Burada çalışdığım üç il ərzində təbii ki, inkişaf çox olub. Bu, özünü meydanda göstərir. Hər oyunda maksimumumuzu veririk. Mənə də xoş olar ki, hər qarşılaşmada qələbə qazanaq. Amma belə rəqiblərlə matçlarda bu, mümkün deyil. Avstriya və Belçika ilə görüşlərdə son dəqiqələrə kimi mübarizə aprdıq. Avstriyaya son saniyələrdə qol da vura bilərdik. Yalnız futboldan başı çıxmayan adam deyə bilər ki, əlimizdən gələni etmirik" - deyə o bildirib.
Müəxəssis 27 futbolçuya dəvət göndərməsinin səbəbi haqda da danışıb: “Heyətdə yalnız Emil Səfərovun ayağında problem var. Bu barədə “Qəbələ”nin baş məşqçisi ilə danışmışam. Əla futbolçudur, gələcəkdə milliyə çox köməyi dəyəcək. Sabah oynamayacaq. Belçika ilə matça hazır ola bilər. Qısa müddətdə iki ağır oyunumuz olacaq. Hamıya şans verməyə çalışacağam. Hər iki qarşılaşmada gücümüzü 110 faiz meydanda qoymalıyıq. 27 nəfər çağırmağımın səbəbi odur ki, 4 nəfər sarı vərəqə limitindədir. Onlardan kimsə sarı vərəqə alsa, növbəti görüşü buraxacaq”.
De Byazi deyib ki, sabah udsalar, riyazi olaraq İsveçə çatacaqlar: "Qələbə üçün əlimizdən gələni edəcəyik. Hamıdan qol gözləyirəm, tək hücumçulardan yox. Bu, mental məsələdir. Təbii ki, hücumçular qapıya daha yaxın oynayır, onlar qol vurmağa daha yaxındır".
Baş məşqçi klubunda 7-8 oyundur qol vura bilməyən Musa Qurbanlını psixoloji durumu ilə bağlı söyləyib:" Hər şey yaxşıdır. Ona çox ümid bəsləyirik, gənc oyunçudur. Bu il yeni təcrübəyə başlayıb. Cərimə meydançasında çox yaxşıdır, qol duyumu var. Ümid edirəm ki, gələcəkdə daha çox qollar vurar.
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında
Dirk Kuyt yenidən “Fənərbaxça”da
"Neftçi"dən üçüncü transfer - Rəsmi
"Tottenhem"dən qapıçı transferi
Məşhur futbolçu klubsuz qaldı
"Fənərbaxça" Seneqal millisinin üzvünü transfer etdi
DÇ-2026-da 3-cü turu yayımlayacaq Azərbaycan kanalları
Ueyn Runinin rekordunu qırdı
ABŞ İran millisi üçün qaydaları yumşaltdı
Xorvatiya millisinin ən yaşlı qolçusu oldu
"Zirə"də 9-cu ayrılıq - Rəsmi
İngiltərə millisindən mundiallar tarixinin rekordu
"Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
Kabo-Verde millisindən unikal göstərici
Seneqal millisində itki: İraqla oyunu buraxacaq
Bacısından Ronaldoya dəstək - "Hamını susdurdu"
Bellinqem cəzadan yayındı
Messi 39 yaşında
Klublara 3 milyona yaxın ödəniş etdi - PFL-dən ilk
"Neftçi"dən ayrıldı, kapitanı olduğu komandaya qayıtdı
İnfantino: “Su fasilələri FİFA-ya əlavə gəlir gətirmir”
Ronaldo Messinin adını eşitdi, sualı yarımçıq qoydu - Video
Daha bir komanda mundialda pley-offa yüksəldi
Ronaldonun dublu, Özbəkistanın məğlubiyyəti - Video
İngiltərə - Qana oyununun ən yaxşısı
Aaron Remzi baş məşqçi təyin olundu
İngiltərədən heç-heçə, Portuqaliyadan qələbə
Ronaldo "ən yaxşı" seçildi
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda