"Martda Azərbaycan millisinə qarşı oynamışdıq. Birinci hissəsində çətinliklə üzləşmişdik. Rəqibin müdafiə xəttini ikinci hissədə yara bildik. Sabah da bizi çətin oyun gözləyir”.
QOL.az xəbər verir ki, bu sözləri İsveç yığmasının baş məşqçisi Yanne Andersson Avro-2024-ün seçmə mərhələsində sabah Azərbaycanla keçirilən oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
O qeyd edib ki, qrupdan çıxmaq şansları qalmasa da, bütün matçlara eyni cür yanaşırlar: "Yaxşı çıxış etmək və qələbə qazanmaq istəyirik. Yanaşmamız da heç bir dəyişiklik yoxdur. Sabah rəqibə çətin anlar yaşatmaq istəyirik".
Hədəflərinin qələbə olduğunu bildirən baş məşqçi “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində İsveç təmsilçisi “Hekken”lə eyni qrupda yer almalarına da münasibət bildirib: “Bütün diqqətimi milliyə yönəltdiyim üçün ətraflı məlumatım yoxdur. Onu bilirəm ki, “Qarabağ” güclü komandadır, uğurlu çıxış edir. Ümid edirəm ki, “Hekken” sonluğu uğurlu başa vuracaq”.
O, "Neftçi"nin isveçli idman direktoru Yens Anderssonla söhbətinin olduğunu bildirib:."Amma bu oyunla bağlı yox. Qısa müddətdir ki, Azərbaycanda çalışır".
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir