Aktyor çıxır səhnəyə, məsələn, günümüzün möhtəşəm aktyoru Nurəddin Mehdixanlı və baxır zala. Görür zalın yarıdan çoxu boşdu. O, necə və hansı hisslə istədiyi obrazı yarada bilər? Tamaşaçının isti nəfəsini hiss eləməyən aktyor yayın istisində üşüyür.
Futbol da belədir. Çıxırlar meydana, o boyda stadionda 200, bəzən 300 nəfər azarkeş var. Bunu görən futbolçu da Nurəddin Mehdixanlı kimi, yayın cırhacırında üşüyəcək. Nə oyun göstərəcək, kimə göstərəcək və kimin üçün oynayacaq?
Hamı Azərbaycan futbolçularından Avropa futbolu tələb edir. Sən özün avropalı azarkeşsənmi Avropa futbolu tələb edəsən?
Azərbaycan çempionatında bir-iki komandanı çıxmaq şərtilə digər klubların oyunlarına barmaqla sayılacaq azarkeş gəlir.
«Turan» Tovuzun azarkeşlərinə «5» düşür. Hər oyununa 5-6 min adam gəlir və sonadək komandalarını da dəstəkləyirlər. Özü də qəribədir ki, «Turan» öz meydançasında uduzur. Amma növbəti oyunda da stadion yenə doludu. Azarkeşlər komandalarına inanırlar, onu tək qoymaq istəmirlər.

«Qarabağ»ın Avroliqa oyunlarında Tofiq Bəhramov stadionuna iynə atsan yerə düşməz, amma gəl ki «Zirə» ilə və ya «Səbail»lə oyununda stadionda öz fanatlarından başqa heç kim yoxdu, yəni «Qarabağ Ordu», «İmarət tayfa» və Allahverdi Bağırovun portreti.
Özü də maraqlıdır ki, builki Azərbaycan çempionatı əvvəlki illərdən fərqlənir, çox gərgin keçir. Xüsusilə də «Araz» Naxçıvan və «Sumqayıt» çempionatın gərgin və maraqlı keçməsində əhəmiyyətli rol oynayır. «Səbail»in özü də.
Gəlirəm yenə öz komandama – «Qarabağ»a. Dəfələrlə yazmışam, yenə yazıram, Bakıda bəlkə də 30 min ağdamlı yaşayır, amma «Qarabağ»ı dəstəkləməyə 3 min ağdamlı gəlmir. Bir dəfə yazmışdım, stadionun kənarındakı Bədən Tərbiyəsi və İdman Akademiyasının yataqxanasında əsasən ağdamlılar məskunlaşıb, yəqin hələ də ordadılar, çünki Ağdama hələ qayıdış başlamayıb. Yataqxananın həyətində domino oynamağa vaxt tapırlar, amma yüz addımlıqdakı stadionda öz sevimli komandalarını dəstəkləməyə vaxt tapmırlar.
Bu gəncəlilərə də aiddi, qəbələlilərə də, naxçıvanlılara da. Mən misalı öz ağdamlılarımdan çəkdim ki, başqalarının xətrinə dəyməsin.
Yeri gəlmişkən, «vodka»sız xaşdan da bir lətifə yazım.
İki nəfər xaşxanada oturub xaş yeyirlər. Yol polisi onların xaş yediyini görüb kafenin kənarında gözləyir. Xaş yeyənlər nəhayət, çıxıb otururlar öz maşınlarına. Bir əlli addım sürməmiş polis saxlayır.
Sürücüyə deyir:
- İçmisən?
- Yox, içməmişəm.
- Xaş yemisən?
- Yemişəm.
-Deməli, içmisən.
- İçməmişəm.
- Xaş yemisən?
- Dedim ki, yemişəm.
- Deməli, içmisən.
- Dedim ki, içməmişəm.
- Bir ho elə.
Xaş yeyən sürücü ho eləyir, polis görür ki, doğrudan içməyib, başını bulayıb deyir:
- Day deynən xaş yeməmişəm də, p** yemişəm.
Lətifənin yuxarıda yazdıqlarımla heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, yadıma düşdü yazdım. Stadiona gedin, komandanızı dəstəkləyin, ondan sonra xoşunuza gəlməsə tənqid edərsiniz. Yoxsa evdə pürrəngi çay içə-içə, ya «vodka» vura-vura televizorda futbola baxıb alimlik etməyin. Heç olmasa komandalarınızı ruhdan salmayın.
Aqil Abbas
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında
Dirk Kuyt yenidən “Fənərbaxça”da
"Neftçi"dən üçüncü transfer - Rəsmi
"Tottenhem"dən qapıçı transferi
Məşhur futbolçu klubsuz qaldı
"Fənərbaxça" Seneqal millisinin üzvünü transfer etdi
DÇ-2026-da 3-cü turu yayımlayacaq Azərbaycan kanalları
Ueyn Runinin rekordunu qırdı
ABŞ İran millisi üçün qaydaları yumşaltdı
Xorvatiya millisinin ən yaşlı qolçusu oldu
"Zirə"də 9-cu ayrılıq - Rəsmi
İngiltərə millisindən mundiallar tarixinin rekordu
"Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
Kabo-Verde millisindən unikal göstərici
Seneqal millisində itki: İraqla oyunu buraxacaq
Bacısından Ronaldoya dəstək - "Hamını susdurdu"
Bellinqem cəzadan yayındı
Messi 39 yaşında
Klublara 3 milyona yaxın ödəniş etdi - PFL-dən ilk
"Neftçi"dən ayrıldı, kapitanı olduğu komandaya qayıtdı
İnfantino: “Su fasilələri FİFA-ya əlavə gəlir gətirmir”
Ronaldo Messinin adını eşitdi, sualı yarımçıq qoydu - Video
Daha bir komanda mundialda pley-offa yüksəldi
Ronaldonun dublu, Özbəkistanın məğlubiyyəti - Video
İngiltərə - Qana oyununun ən yaxşısı
Aaron Remzi baş məşqçi təyin olundu
İngiltərədən heç-heçə, Portuqaliyadan qələbə
Ronaldo "ən yaxşı" seçildi
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda