Bu gün “Neftçi”nin yarımmüdafiəçisi Reziuan Mirzovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Qol.az xəbər verir ki, “Neftçi Arena”da keçirilən tədbiri klubun mətbuat xidmətinin rəhbəri Emin Əfəndi açıq elan edib.
Klub rəsmisi bugünkü mətbuat konfransının eksperiment xarakteri daşıdığını bildirib. O deyib ki, bundan sonra hər həftənin 3-cü günləri komandanın bir oyunçusunun mətbuat konfransı keçiriləcək.
Daha sonra söz “Neftçi”nin yarımmüdafiəçisi Reziuan Mirzova verilib. Rusiyalı futbolçu jurnalistlərin suallarını cavablandırmamışdan öncə ilk növbədə Azərbaycan xalqını təbrik edib: “Son zamanlar mətbuat önünə çıxmamışam. Ona görə də ilk növbədə ərazi bütövlüyünün bərpası münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm”.
30 yaşlı futbolçu noyabrın 18-də yoxlama matçında qarşılaşacaqları “Zenit”ə (Rusiya) qarşı daha əvvəl çox oynadığını bildirib: “Uzun illər Rusiya Premyer Liqasında çıxış etmişəm. Buna görə də “Zenit”ə qarşı dəfələrlə oynamışam. Amma indiki “Zenit” əvvəlki kimi əzəmətli deyil. O vaxt klubun heyətində Halk kimi ulduz çıxış edirdi. Yaxud son zamanlara gəldikdə, Malkonun gedişini qeyd edə bilərəm. Yəni son zamanlar klubda çox dəyişiklik olub”.
O, daha əvvəl “Zenit”ə qol vurduğunu xatırladıb: “Tula “Arsenal”ında çıxış edərkən “Zenit”i 4:2 hesabı ilə məğlub etmişdik və komandamızın qollarından birini mən vurmuşdum. Bu, “Arsenal”ın UEFA Avropa Liqasında “Neftçi” ilə üz-üzə gəldiyi mövsüm idi. Çalışacağam ki, qarşıdakı yoldaşlıq oyununda da “Zenit”ə qol vurum. Matçın rəsmi deyil, yoldaşlıq xarakteri daşıması heç nəyi dəyişmir”.

Mirzov "ağ-qaralar"ın hazırkı durumunun ürəkaçan olmaması fikri ilə razılaşıb: “Bəli, çətin dövrdən keçirik. Nəticələrimiz ürəkaçan deyil. Bunu rəhbərlik də, biz futbolçular da başa düşürük. Ona görə də azarkeşlərin narazılıqlarını anlayışla qarşılayırıq. Təəssüf ki, son turda “Sumqayıt”a uduzduq. Halbuki həmin matçda qələbə qazansaydıq, indi vəziyyət fərqli olardı. Gedişatı mütləq dəyişməliyik. İnanıram ki, çempionatın növbəti turundan hər şey yaxşıya doğru dəyişəcək”.
Reziuan “Neftçi”yə gələrkən ideal formasından uzaq olduğunu söyləyib: “Neftçi”yə gələrkən 3 ay kollektiv şəkildə məşq etməmişəm. Yalnız şəxsi məşqçimlə çalışmışam. Mən “Neftçi”yə qoşulanda komanda Qəbələdə təlim-məşq toplanışında idi. Amma oyundan-oyuna daha yaxşı formaya düşürəm. Bunu özüm də hiss edirəm. Zamanla daha yaxşı vəziyyətə gələcəyimə, komandama daha çox fayda verəcəyimə əminəm”.
O, Rusiyanın ən böyük klubunda oynamaq arzusunu reallaşdırdığını vurğulayıb: “Rusiya əhalisinin böyük hissəsi “Spartak”a azarkeşlik edir. Fanatlar komandanı səfərdə də yüksək səviyyədə dəstəkləyirlər. Ona görə də hesab edirəm ki, Rusiyanın ən yaxşı klubunda forma geymişəm. Sadəcə təəssüflənirəm ki, orada karyeram istədiyim kimi alınmadı. Həmin vaxt “Spartak”da müəyyən problemlər var idi”.
Mirzov “Neftçi” - “Zenit” matçının hər iki tərəf üçün faydalı olacağını bildirib: “Güclü rəqibə qarşı oynayacağıq. “Zenit” kimi komanda ilə mübarizə aparmaq çox faydalıdır. Belə rəqibə qarşı 1 oyun bəzən 1 həftəlik məşqdən də xeyirli olur. Bir sözlə, böyük təcrübə qazanacağıq. “Zenit” üçün də bu matç faydalı olacaq. Bildiyiniz kimi, sanksiyalara görə Rusiya klubları avrokuboklardan kənarda qalıblar”.
O, qarşıdakı turlarda ev oyunlarında da uğur qazanmağa çalışacaqlarını bildirib: “Əslində, öz meydanımızda daha yaxşı çıxış etməliyik. İnanıram ki, vəziyyəti dəyişəcəyik. İlin sonuna qədər çempionatda keçirəcəyimiz 5 oyundan 4-ü evdədi. Həmin matçlarda uğur qazanıb azarkeşlərimizi sevindirəcəyik”.
Mirzov “Zenit”lə matçda qələbə qazanacağına söz verə bilərsizmi?” sualını belə cavablandırıb: “Mən əvvəldən nəsə danışmağa qarşıyam. Çünki dediyin alınmayanda pis vəziyyətdə qalırsan. Bunu özümə yaraşdırmıram. Təbii ki, “Zenit”i məğlub etdikdən sonra bunu emosional səviyyədə qeyd edəcəm”.
“Neftçi”nin üzvü son turda “Sumqayıt”la matçdan əvvəl yayımlanan videolara da toxunub: “Klubun oyundan əvvəl sosial şəbəkədə paylaşdığı məlum videodan xəbərim var. O motivasiya ilə "Sumqayıt"a qalib gəlməliydik. Amma təəssüflər olsun ki, alınmadı. Rusiyada və dünyada bu təcrübədən istifadə olunur. Lakin fikrimi soruşursuzsa, mən meydanda qələbə qazandıqdan sonra danışmağın tərəfdarıyam”.
Rusiyalı yarımmüdafiəçi “Neftçi”nin qarşıdakı təqviminin çətin olmasına da toxunub: “Təqvimin sıxlığı məni qorxutmur, əksinə, daha da motivasiya edir. Rəqiblərin adı önəm daşımır. Biz meydana çıxıb işimizi görməliyik. Turnir cədvəlindəki mövqeyimiz bizi qane etmir. Azarkeşlərdən də dəstək gözləyirik. Başa düşürəm, nəticələr ürəkaçan deyil. Amma vəziyyətdən də birgə çıxmalıyıq”.
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında
Dirk Kuyt yenidən “Fənərbaxça”da
"Neftçi"dən üçüncü transfer - Rəsmi
"Tottenhem"dən qapıçı transferi
Məşhur futbolçu klubsuz qaldı
"Fənərbaxça" Seneqal millisinin üzvünü transfer etdi
DÇ-2026-da 3-cü turu yayımlayacaq Azərbaycan kanalları
Ueyn Runinin rekordunu qırdı
ABŞ İran millisi üçün qaydaları yumşaltdı
Xorvatiya millisinin ən yaşlı qolçusu oldu
"Zirə"də 9-cu ayrılıq - Rəsmi
İngiltərə millisindən mundiallar tarixinin rekordu
"Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
Kabo-Verde millisindən unikal göstərici
Seneqal millisində itki: İraqla oyunu buraxacaq
Bacısından Ronaldoya dəstək - "Hamını susdurdu"
Bellinqem cəzadan yayındı
Messi 39 yaşında
Klublara 3 milyona yaxın ödəniş etdi - PFL-dən ilk
"Neftçi"dən ayrıldı, kapitanı olduğu komandaya qayıtdı
İnfantino: “Su fasilələri FİFA-ya əlavə gəlir gətirmir”
Ronaldo Messinin adını eşitdi, sualı yarımçıq qoydu - Video
Daha bir komanda mundialda pley-offa yüksəldi
Ronaldonun dublu, Özbəkistanın məğlubiyyəti - Video
İngiltərə - Qana oyununun ən yaxşısı
Aaron Remzi baş məşqçi təyin olundu
İngiltərədən heç-heçə, Portuqaliyadan qələbə
Ronaldo "ən yaxşı" seçildi
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda