İsveç millisi Avro-2024-ün seçmə mərhələsində Azərbaycanla səfər oyununda dəstəksiz qalmayacaq.
Bu barədə QOL.az-a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib. Onun sözlərinə görə, oyunu izləmək üçün 50 İsveç azarkeşi Bakıya gələcək.
Xatırladaq ki, Avro-2024-ün seçmə mərhələsinin son turunda Belçika ilə səfərdə keçirilən oyunda 2 İsveç azarkeşi qətlə yetirilib. Bu hadisədən sonra isveçli azarkeşlərin növbəti səfər oyununa da maraq göstərməsinə milli komandanın baş məşqçisi Yanne Anderrson da münasibət bildirib. O, yerli mətbuata açıqlamasında bu barədə deyib: ”Bizimlə Bakıya gedənlər qəhrəman sayılacaq. Təşəkkür etmək istədiyim o qədər insan var ki. Bu illər ərzində bizi dəstəkləyən böyük ürəkli azarkeşlərdir. Bu, bizim üçün çox şey deməkdir”.
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək Azərbaycan - İsveç oyunu saat 21:00-da başlayacaq.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir