"Təəssüflər olsun ki, bu il də milli komandamız üzümüzü güldürmədi. Nə nəticələrlə, nə göstərdiyi oyunla. Mən dəfələrlə milli komandadan danışmışam. Təəssüf ki, yaxşı sözlər deyə bilmirəm”.
Bu sözləri QOL.az-a açıqlamasında futbol mütəxəssisi Bəxtiyar Musayev deyib.
Azərbaycan millisinin sabiq üzvü yığmada potensialın olduğunu, ancaq baş məşqçi De Byazinin işinin öhədəsindən gələ bilmədiyini qeyd edib: “İllər öncə də demişdim ki, bu cür baş məşqçiylə komanda heç bir nailiyyət əldə edə bilməyəcək. Heyif ki, dediklərim doğru çıxır. İstərdim yanılım, amma təəssüf ki, nəticələr və oyunlar istədiyimiz səviyyədə deyil".
B. Musayev qeyd edib ki, millimizdə dəyişikliklər olmalıdır, boşuna vaxt itirməməliyik: "De Byazi haqqında çox danışmışam. Təəssüf ki, illər boşa verildi. Millətlər Liqasında nəticə əldə edə bilərdik. Birinci pillədə qərarlaşmaq imkanımız vardı. Çünki rəqiblərimiz güclü deyildi. Slovakiya əsas rəqib göstərilsə də, gördük ki, onlarda nəsil dəyişməsi gedir. Slovakiyanın bəlkə də tarix ərzində ən zəif yığması idi. Bundan istifadə edə bilmədik, amma Qazaxıstan millisi bundan yararlandı və birinci pilləyə nail oldu. Təəssüf ki, keçən ilki millətlər liqasını boşa verdik, bu il də nəticələr və oyun xoş deyil.
Dəfələrlə demişəm ki, De Byazi bitmiş məşqçidir. Onunla müqavilə isə təəssüf ki, uzadıldı. Nəticə isə göz qabağındadır. Onun yerinə hər hansı azərbaycanlı məşqçi həm oyun, həm nəticə baxımından daha çox şeyə nail ola bilərdi. Millimizin formalaşmış bir komanda kimi oyununu izləyə bilərdik".
Qeyd edək ki, bu həftə Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində son iki oyununu keçirəcək. Bu oyunlardan sonra baş məşqçi Canni De Byazinin Azərbaycan millisi ilə müqaviləsi başa çatacaq.
Cavad Musayev
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında
Dirk Kuyt yenidən “Fənərbaxça”da
"Neftçi"dən üçüncü transfer - Rəsmi
"Tottenhem"dən qapıçı transferi
Məşhur futbolçu klubsuz qaldı
"Fənərbaxça" Seneqal millisinin üzvünü transfer etdi
DÇ-2026-da 3-cü turu yayımlayacaq Azərbaycan kanalları
Ueyn Runinin rekordunu qırdı
ABŞ İran millisi üçün qaydaları yumşaltdı
Xorvatiya millisinin ən yaşlı qolçusu oldu
"Zirə"də 9-cu ayrılıq - Rəsmi
İngiltərə millisindən mundiallar tarixinin rekordu
"Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
Kabo-Verde millisindən unikal göstərici
Seneqal millisində itki: İraqla oyunu buraxacaq
Bacısından Ronaldoya dəstək - "Hamını susdurdu"
Bellinqem cəzadan yayındı
Messi 39 yaşında
Klublara 3 milyona yaxın ödəniş etdi - PFL-dən ilk
"Neftçi"dən ayrıldı, kapitanı olduğu komandaya qayıtdı
İnfantino: “Su fasilələri FİFA-ya əlavə gəlir gətirmir”
Ronaldo Messinin adını eşitdi, sualı yarımçıq qoydu - Video
Daha bir komanda mundialda pley-offa yüksəldi
Ronaldonun dublu, Özbəkistanın məğlubiyyəti - Video
İngiltərə - Qana oyununun ən yaxşısı
Aaron Remzi baş məşqçi təyin olundu
İngiltərədən heç-heçə, Portuqaliyadan qələbə
Ronaldo "ən yaxşı" seçildi
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda