Azərbaycanlı futbolçu Vüqar Bəybalayev peşəkar karyerasını başa vurub.
QOL.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu barədə Feysbuk hesabında paylaşım edib.
Paylaşımda qeyd olunub: "Bəlkə də, bu günlərdə həyatımın ən çətin, bir o qədər də vacib qərarlarından birini verməli oldum. Ancaq öz-özümə “artıq vaxtıdır” - deyib belə bir qərar aldım. Bildirmək istəyirəm ki, bu gündən etibarən 6 yaşımdan başladığım və ömrümün 24 ilini həsr etdiyim peşəkar futbolçu karyeramı bitirirəm!
Futbol mənə həyatımda saysız-hesabsız təcrübələr, möhtəşəm dostluqlar və hər zaman dəstəyini hiss etdiyim dəyərli insanlar qazandırdı. Yaşıl meydanlardan ayrılmağa qərar versəm də, futbolun mənə bəxş etdiyi sevinclər, öyrətdiyi təcrübələr, qazandırdığı dostlar, dəyərli insanlar bundan sonra da hər zaman mənimlə həyatımın geri qalanında qəlbimdə daim var olacaq.
Bu yolda oynadığım komandadan asılı olmayaraq bu günə kimi mənə dəstək olan azarkeşlərə, ilk gündən mənə inanan və güvənən ailəmə, daha da yaxşı olmağım üçün əziyyət çəkən hər kəsə təşəkkür edir, əziyyətləri qarşısında baş əyirəm!"
Qeyd edək ki, "Bakı"nın yetirməsi olan Vüqar Bəybalayev karyerası ərzində "Turan Tovuz", "Rəvan", "Xəzər Lənkəran", "Kəpəz", "Sumqayıt", "Səbail", "Televi" (Gürcüstan) və "Sumqayıt"da çıxış edib. O, son olaraq 1-ci liqa təmsilçisi "İrəvan"da oynayıb.
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında
Dirk Kuyt yenidən “Fənərbaxça”da
"Neftçi"dən üçüncü transfer - Rəsmi
"Tottenhem"dən qapıçı transferi
Məşhur futbolçu klubsuz qaldı
"Fənərbaxça" Seneqal millisinin üzvünü transfer etdi
DÇ-2026-da 3-cü turu yayımlayacaq Azərbaycan kanalları
Ueyn Runinin rekordunu qırdı
ABŞ İran millisi üçün qaydaları yumşaltdı
Xorvatiya millisinin ən yaşlı qolçusu oldu
"Zirə"də 9-cu ayrılıq - Rəsmi
İngiltərə millisindən mundiallar tarixinin rekordu
"Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
Kabo-Verde millisindən unikal göstərici
Seneqal millisində itki: İraqla oyunu buraxacaq
Bacısından Ronaldoya dəstək - "Hamını susdurdu"
Bellinqem cəzadan yayındı
Messi 39 yaşında
Klublara 3 milyona yaxın ödəniş etdi - PFL-dən ilk
"Neftçi"dən ayrıldı, kapitanı olduğu komandaya qayıtdı
İnfantino: “Su fasilələri FİFA-ya əlavə gəlir gətirmir”
Ronaldo Messinin adını eşitdi, sualı yarımçıq qoydu - Video
Daha bir komanda mundialda pley-offa yüksəldi
Ronaldonun dublu, Özbəkistanın məğlubiyyəti - Video
İngiltərə - Qana oyununun ən yaxşısı
Aaron Remzi baş məşqçi təyin olundu
İngiltərədən heç-heçə, Portuqaliyadan qələbə
Ronaldo "ən yaxşı" seçildi
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda